Cisimlər nə vaxt istilik tarazlığında olur?
Temperaturları bərabərləşəndə
Daxili enerjinin vahidi?
Coul
Nisbi rütubəti ölçən cihaz?
Psixrometr
İstilik mühərrikində qızdırıcı nədir?
İstilik mənbəyi-yanacağın yanması
Müəyyən temperaturda mayenin bütün həcmində baş verən buxarlanma prosesi?
Qaynama
İstilik mübadiləsi zamanı cismin aldığı və ya verdiyi enerji?
İstilik miqdarı
Daxili enerjinin dəyişmə üsulları?
Mexaniki işgörmə və istilikvermə
Şeh nöqtəsi nədir?
Havadakı su buxarının doyma halına keçdiyi temperatur
İstilik mühərriklərində soyuducu nədir?
Ətraf mühit-atmosfer
Buxarın mayeyə çevrilməsi prosesi?
Kondensasiya
127*C neçə kelvindir?
400*C
127 *C neçə kelvindir?
400K
Nisbi rütubət nədir?
Havada olan su buxarının sıxlığının həmin temperaturda doymuş su buxarının sıxlığına nisbətinin faizlə ifadəsi nisbi rütubət adlanır
Buxar turbini hansı qurğudur?
Su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur
Doymuş buxar?
Öz mayesi ilə dinamik tarazlıqda olan buxar
Kelvin temperaturu ilə selsi temperaturu arasındakı əlaqə düsturu?
T=t+273
Daxili enerji nədir?
Cismi təşkil edən molekulların hərəkətinin kinetik və qarşılıqlı təsirinin potensial enerjilərinin cəmi
Havanın 1m3 həcmindəki su buxarının kütləsinə bərabər olan kəmiyyət?
Mütləq rütubət
İstilik mühərriki hansı qurğudur?
Yanacağın daxili enerjisini mexaniki enerjirə çevirən qurğudur
L=Q/m ifadəsi hansı fiziki kəmiyyətin düsturudur?
Xüsusi buxarlanma istiliyi
Faranheyt şkalasında suyun qaynama temperaturu neçə dərəcəyə uyğundur?
212*F
Cismin üzərində 20C iş görülür və ona 30C istilik miqdarı verilir. Cismin daxili enerji nə qədər olar?
50C
Psixrometrin termometrlərinin göstəriciləri bərabərləşərsə nisbi rütubət neçə faiz olar?
100%
Daxiliyanma mühərrikinin bir tam işi neçə taktda yerinə yetirilir və hansılardır?
4 taktda-sorma,sıxılma,iş görmə və xaricetmə
Buxarlanmanın sürəti nədən asılıdır?
Mayenin növündən,temperaturdan,mayenin açıq səthinin sahəsindən,hava cərəyanından