Mövzu BAR verəndə
Alman dili
Karl
10,20,30,40,50
Siqaret çəkmək qadağandır
10

İçində piti bişirmək üçün saxsıdan, çinidən hazırlanmış qab

Bardaq

10

Bir-"ein". İki-"zwei". "Ein und zwanzig" isə belə tərcümə olunur

İyirmi bir

10

Futbolçu Karl Hayns Rummenigenin 1980 və 1981-də aldığı mükafat 

Qızıl top
10

Covanni Bokkaçonun adı "on gün" kimi tərcümə olan novellalar toplusu

Dekameron

10

İctimai yerlərdə siqaret çəkməyə görə minimal cərimənin miqdarı 

30 manat

20

İkinci dəfə, təkrar

Dübarə

20

Alman dilində "backe", yəni yanaq və "bart", yəni saqqal sözlərindən yaranmış söz. Məntiqlidir

Bakenbart

20

Misirdə aşkar etdiyi sarı qarışqalara "firon qarışqası" adını verən Karl

Karl Linney

20

Şahmatçıya oyunu başlamağa iyirmiyədək seçim imkanı verən iki fiqur

At və piyada 

20

Bu siyasətçinin rolunu canlandıran zaman Harry Oldmen nikotindən zəhərlənmişdi. O, yüzlərlə siqar çəkməli olmuşdu

Uinston Çörçill

30

Çox sürtülməkdən, toxunmaqdan qalınlaşmış, sərtləşmiş ət təbəqəsi, döyənək

Qabar

30

Ələsgər Məmmədovun tərcüməçi kimi iştirak etdiyi məşhur proses

Nürnberq məhkəməsi

30

Soyadı yüksək keyfiyyətli optikanın sinonimi olmuş Karl

Tseys

30

İldə otuz günü olan ayların sayı

4

30

Siqaret çəkmənin atelektaz, yəni sıxılma yaratdığı cür orqanlar

Ağciyərlər

40

Ağacın ilk meyvəsi

Nübar

40

İlk dəfə Vyanada 1937-də alman dilində dərc edilmiş məhəbbət romanı. Qafqaz hara, Vyana hara?

Əli və Nino

40

1920-ci illərdə bu Bakı meydanında Karl Marksın heykəli var idi

Fəvvarələr meydanı

40

İlk kosmonavtı Dumitru Prunariu olan ölkə. Soyuz-40 kosmik gəmisində uçub.

Rumıniya 

40

Siqareti tərgitmək istəyənlər üçün nəzərdə tutulmuş plastırlarda olan maddə

Nikotin

50

Dizlərini qatlayıb, baldırlarını bir-birinə keçirərək oturmaq

Bardaş qurmaq

50

Bu nitq hissəsi alman cümləsində o qədər uzaqda yerləşir ki, qəzetlərdə o biri səhifəyə keçir. Mark Tven belə zarafat edirdi

Feil

50

Karl Saqanın kosmos haqqında elmi-populyar kitabının adı. Görünür, ad üzərində çox fikirləşməyib

Kosmos

50

Qırmızı mərkəzə düşəcəyin təqdirdə 50 xal alacağın oyun. Mərkəzin ətrafındakı yaşıl dairəyə düşsən, 25 xal alacaqsan

Darts

50

Eyni kibritdən siqareti yandıran üçüncü insanı öldürən şəxs. 1DM-də əsgərlər belə qənaətə gəlmişdilər

Düşmən snayperi