Qadınlar
Yarımçıq mövzu
Can deməli
Musiqi
Adalar
10

2010-da MTV-nin mükafatını almağa ətdən hazırlanmış paltarda gələn müğənni

Lady Gaga

10

Motsartın mexaniki qaz haqqında yarımçıq operasının adında görə biləcəyimiz Misir şəhəri 

Qahirə

10

Torpaq içində, nəm yerlərdə yaşayan qurd

Soxulcan

10

1993-də yunan əsilli amerikan bəstəkarı Yanninin konsertlə çıxış etdiyi Afinadakı qədim təpə

Akropol

10

Baş qəhrəmanlarından birinin tutuquşusunun adı Kapitan Flint olan roman

Dəfinələr adası 

20

1983-də yubiley rublu üzərində şəkli əks olunmuş sovet kosmonavtı

Valentina Tereşkova

20

Azərbaycan Respublikası cinayət məcəlləsinin 27.2 maddəsinə görə "cinayətə hazırlıq və cinayət etməyə cəhd" sayılan hadisə

Başa çatmayan cinayət

20

Bacıların ərlərinin qohumluq münasibətini bildirən söz

Bacanaq

20

İlk səsli filmin həsr olunduğu musiqi janrı

Caz

20

Bayrağı New Yorkda BMT-nin binasının önündə Azərbaycandan sonra gələn adam dövləti 

Baham adaları

30

Elvis Preslinin heykəlciklərini topladığı əfsanəvi fransız xanımı

Janna D'ark
30

Tamamlanmamış Rondanini Pieta əsəri Milanda saxlanan heykəltəraş 

Mikelancelo

30

Bir mənsəb sahibini əvəz edən şəxs 

Canişin

30

Klassik tərzdə ifaasının "atası" Andres Seqoviya hesab olunan musiqi aləti. İncəsənət qarşısındakı xidmətlərinə görə Markiz de Salobrenya tituluna layiq görülüb

Gitara

30

İslandların 986-da məskunlaşdıqları ada

Qrenlandiya 

40

Qardaşları 13 və 14-cü Ptolemeylə evlənib dul qalan çariça. Adətlər belə tələb edirdi

Kleopatra 

40

"... əhalinin zəlzələdən sonra Gəncədə müsibət içində əziyyət çəkdiyini görən şəhər başbilənləri elə haman ...." sözləri ilə başlayan roman

Yarımçıq əlyazma

40

Xırda küftələrlə, döyülmüş qoz ləpəsi, abqora və yağsoğanla bişirilən plov turşusu

Fsincan

40

Konsuela Velaskesin onu öpməyi və tez-tez öpməyi xahiş etdiyi məşhur mahnı

Bésame Mucho

40

Formasına görə qədim yunanların trinakriya, yəni üçbucaqlı adlandırdıqları ada

Siciliya

50

Xalq şairi Balaş Azəroğlunun həyat yoldaşı olan şairə

Mədinə Gülgün

50

"Dəlisov gün və ya Fiqaronun toyu" tamaşasını sonadək oynaya bilməyən və 1987, 16 avqustda vəfat edən sovet aktyoru. Çyort poberi...

Andrey Mironov

50

Çox yaxın, mehriban

Canciyər

50

Rixard Vaqnerin şərəfinə mütəmadi olaraq musiqi festivalı keçirən şəhər. Arturo Toskaniniyədək festivalda ancaq almanlar iştirak edirdilər

Bayroyt

50

Pul vahidi ariari adlanan ada dövləti

Madaqaskar