Polis
Teatr
Metro
Səs-küylü mövzu
Cəmi 3 hərf
10

Haqqında olan filmin ilk hissəsi rejissor Pol Verhoven tərəfindən çəkilən polis. İkinci və üçüncünü başqa rejissorlar çəkib

Robokop

10

Yapon klassik teatrı. Burada utömon ailəsinin kişiləri 250 il ərzində yalnız qadın rollarını ifa ediblər

Kabuki

10

Sonuncu təmirə bağlanan metrostansiyamız

Həzi Aslanov 

10

Dəhşətli səsi cənubi afrikada olan dünya çempionatının bütün xoş təəssüratlarını alt-üst edən plastikdən olan borular.  Yaxşı ki, onları indi qadağan ediblər

Vuvuzela
10

Gerbini keçi və şir saxlayan afrika dövləti

Çad

20

5 il polis kimi çalışmış "1984" romanının müəllifi

Corc Oruell

20

Ford teatrının sahibinin 39 günlük həbsinə səbəb olan hadisə. Lakin Con Uilks-Butla əlaqəsini sübut edə bilməyib azad etdilər

Abraham Linkolnun qətli

20

Bakı-Sumqayıt avtomobil yolunun altında keçidi olan stansiya

Avtovağzal 

20

Edvard Munkun "Qışqırıq" rəsmini oğurlayan Paal Engerin 1996-cı ildə mühakimə olunduğu paytaxt 

Oslo

20

Ətindən kabab olmaz, qanında kasa dolmaz tapmacasının açması

Nar

30

1994-də təntənəli şəkildə İslamabadda yeni polis məntəqəsinin açılışını qeyd etmiş siyasətçi. Burada ancaq qadın polislər çalışırdı

Bənazir Bhutto

30

Biri Tbilisi Azərbaycan teatrının, o biri isə ilk səsli Azərbaycan filminin rejissoru olmuş iki qardaş. Adlarına Bakıda olan küçə düz tibb universitetinin yanından keçir

Mustafa və Səməd Mərdanov

30

Tələbə mahnısının səsləndiyi metrostansiyamız

Elmlər Akademiyası 

30

Qanadları bəlkə də daha səssiz sərnişin təyyarəsi layihələndirməyə kömək edəcək gecə ovçusu. Layihə 2020-də başlayıb, amma, hələ ki, ortada heç nə yoxdur

Bayquş

30

Təhsil nazirliyinin sahib olduğu üçüncü dərəcəli domen. Gov.az isə bütün dövlət strukturları üçün eynidir

edu

40

Komediya üçün mənə park, polis və cazibədar xanım lazımdır deyən dahi komik

Çarli Çaplin

40

Osmanlı kölgə teatrına adını vermiş qəhrəman. Rəqibi isə Hacivat idi

Karagöz

40

Kassada alıb turniketə atmalı olduğunuz əşya

Jeton

40

Rey adlı amerikalının soyadı. Onun səsi boğma sistemi səs yazılarındakı fışıltını yığışdırdı. Hər bir kinoteatr ona borcludur

Dolby

40

Dogessanın əri

Dog

50

"Polismen, polismen, saxlama məni, yarım məni gözləyir qaytar açarları" deyə oxuyan qrup. Daha dəqiq desək, Yevgeni Baxtin oxuyurdu

Karvan

50

Hüseyn Cavidin pyesi, personajlar arasında ikinci olaraq mələk sadalanır

İblis

50

Uzunluğu cəmi 9 km olan metrosu dünyanın ən qısalarından biri sayılan ukrayna şəhəri Dnepropetrovskun indiki adı. Şəhərin adını da ixtisar ediblər

Dnepr 

50

Dördüncü pərdəsində baş qəhrəmanın yardım çağırdığı operetta. Camaat hamısı dolur içəri, səs-küy düşür

O olmasın, bu olsun 

50

Strukturlaşdırılmış sorğu dili adının abreviaturası. İstənilən proqramçı təsdiq edə bilər

SQL