1860-cı ildə Britaniya Elmi İnkişafı qurumunun insanın mənşəyi haqqında yeni kitaba həsr olunmuş müzakirəsi keçirildi. Görüşün kulminasiya nöqtəsi Oksford rahibinin natiqə istehzalı sualı olmuşdur: "Mən bilmək istərdim ki, babam, yoxsa nənəm...?
Cümləni tamamlayın.
meymun nəslindəndir.
1666-cı ildə baş verən Böyük London yanğını şəhərdə minlərlə evi məhv etmişdi. Yanğından sonra insanlar öz əmlaklarını qorumağın yollarını axtarmağa başladılar. Bu hadisə xüsusilə risklərdən qorunmaq və maddi zərərlərin ödənilməsi ilə bağlı yeni bir biznes sahəsinin yaranmasına güclü təkan verdi.
Bu hansı biznes idi?
Sığorta
Onu bəzən "Fransanın şirinlik simvolu" adlandırırdılar. Versiyalardan birinə görə o, türklər üzərində qələbədən sonra vyanalı aşpazlar tərəfindən yaradılmışdır. Onu tapın.
Kruassan
Çərpələng uçuran” əsərinin qəhrəmanı uşaqlıqda dostu ilə bir ağacın üstündə bıçaqla adlarını cızdıqlarını və beləcə “BU”nu rəsmiləşdirmiş olduqlarını deyir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində də “BU”ndan bəhs olunur. Söhbət nədən gedir?
Mülkiyyət hüququ
Amerikada yerləşən bu şəhərin sakinləri 900 litr həcmindəki çaydanı şəhərin simvolu hesab edirdilər. Bu şəhəri tapın.
Boston
Laurance Oliver William Shakespeare əsərlərinin məşhur ifaçılarındandır. Londonda onun abidəsi hansı obraz şəklindədir?
Hamlet
Bir səyyah onu "siçan" tərəfindən hazırlanmış ən böyük tələ adlandırır. Ona Paris, Honq- Konq, Kaliforniya kimi böyük şəhərlərdə rast gəlmək olar.
Disneyland
Orta əsrlərdə İngiltərədə cinayət törətmiş şəxslərin daha sonra cinayət tarixçəsinin bilinməsi üçün bədənlərinin müəyyən bir hissəsinə damğa vururdular. Bəs bu daha sonra hansı hüquqi adətin yaranmasına gətirib çıxardı?
Məhkəmədə and içərkən sağ əlin qaldırılması
XVIII əsrin sonlarında Madam de Ponta məxsus bu canlı "Yaşasın kral" dediyinə görə edam olunmuşdu. Bunu saitləri eyni olan sözlə ifadə edin.
Tutuquşu
Onun bir qramı 30 kiloqrama qədər acı sousa bərabərdir. Onu ispan mənşəli saitləri eyni olan sözlə ifadə edin.
Çili
Yapon teatrlarında şər ruhlar tamaşanı pozmasın deyə səhnəyə bunu səpirlər.
Duz
1995-ci ildə imzalanmış bu sazişin şərtlərinə görə hər hansı iştirakçı dövlətdən alınmış viza əsasında vətəndaşlar Avropa Birliyi üzvü olan ölkələrin sərhədlərini keçmək hüququ əldə edirdilər. Bu həm də “ ən çox saxtalaşdırılan viza” adlanır.
Şengen vizası
Bir serialda bacısı və sevgilisi mübahisə edərkən onların heç birini müdafiə etməyəcəyini bildiən qəhrəman özünü hansı dövlətə bənzədir?
İsveçrə
1999-cu ildə Fransada gələcəkdə işlədilməsi planan kalkulyatorlar hazırlanmışdı. Adi düymələrdən başqa, onların üzərinə iki yeni düymə əlavə olunmuşdu. Onlardan biri frank işarəsi idi. Digərini tapın.
Avro
Hansı hadisədən sonra Türkiyənin o zamankı baş naziri demişdir "Radioaktiv çay daha ləzzətlidir."?
Çernobil qəzası
Dünyada olan yazılı milli konstitusiyalar arasında bu Konstitusiya həm qədimliyi, həm də cəmi 4400 sözdən ibarət olması ilə seçilir. Konstitusiyanın “qurucu ataları” sayılan iki şəxs konstitusiyaya imza atmamışdılar. İngilis dilindən başqa latın dilində də çap edilmişdir. Bəhs edilən ölkə etnik dövlət olmadığı üçün, “vətəndaşlıq əsasında qurulan” dövlət də sayılır.
ABŞ
TrampolineWorks2020
Bir zarafata görə onun X hesabının şifrəsi budur.
Elon Musk
Bəzi tədqiqatçılar məşhur “daş”ın əslində gümüş-xlorid olduğunu iddia edirlər. Bu sehrli daş ölümsüzlük, qızıl yaratmaq kimi xüsusiyyətlərlə bağlı təsvir olunur və 1997-ci ildə çap edilmiş məşhur bir romanda da əsas süjet xəttini təşkil edir.
Söhbət hansı əsərdən gedir?
Harry Potter və Fəlsəfə daşı
1878-ci ilə qədər cib dəsmalı futbol hakimlərinin əsas attributu idi. Həmin ildə edilmiş dəyişikliklə dəsmalı nə əvəz etməyə başladı?
Fit
Sabiq Fransa Prezidenti Valeri Jiskar Desten məhz Silvio Berluskonini “.... Avropa Konstitusiyasının” qəbul edilməməsində əsas günahkar hesab etmişdir. Tarixdə belə dövlətlərin olmadığı ərazilər hər zaman xarici işğalçıların hücumuna məruz qalıb. Nöqtələrin yerinə uyğun fikiri tamamlayın.
Vahid