Günün qızmar saatlarında nə üçün mütləq kölgədə olmaq lazımdır?
Günəş şüaları orqanizmə ziyan vura bilər.
Uşaq valideyn himayəsindən məhrum olursa, bu zaman uşağın qayğısına kim qalır?
Dövlət
Azərbaycan dövlətinin başçısı kimdir?
Prezident İlham Əliyev
İnsanların sağlamlıq hüququnu təmin edən orqanın adı necədir?
Səhiyyə Nazirliyi
Dövlət büdcəsində xərclər hesablanarkən hansı istiqamətlər nəzərdə tutulur?
təhsil sahəsi
səhiyyə sahəsi
mədəniyyət sahəsi
Hansı vitamin Günəş vitamini adlanır?
"D" vitamini
Ölkələr arasında xüsusi bir məsələ ilə bağlı imzalanmış sənəd necə adlanır?
Konvensiya
Prezident dövləti tək idarə etmir. Bəs bu işdə başqa hansı orqanlar iştirak edir?
Milli Məclis, Nazirlər Kabineti, məhkəmə
Hüquq mühafizə orqanlarının fəaliyyəti nədən ibarətdir?
Bu orqanların vəzifəsi cəmiyyətdə qanunların və insan hüquqlarının pozulmasına qarşı mübarizə aparmaq, cinayətkarlığın qarşısını almaqdır.
Dövlət büdcəsi hansı 2 əsas hissədən ibarətdir?
gəlir və xərc
Uşağın əsas vəzifələri hansı qanunda öz əksini tapır?
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda
Uşaq Hüquqları haqqında Konvensiyada uşaqların yaşaması və inkişafı üçün vacib olan hansı hüquqlar öz əksini tapıb?
inkişaf hüququ,
müdafiə hüququ,
iştirak hüququ,
yaşamaq hüququ
Milli Məclisdə kimlər işləyir?
Xalq tərəfindən seçilmiş deputatlar
Fövqəladə Hallar Nazirliyinin vəzifəsi nədir?
Qəzalar və təbii fəlakətlər baş verdikdə dərhal insanların köməyinə çatan bir təşkilatdır.
Dövlət öz xərclərini düzgün bölməyəndə nə baş verir?
Büdcədə pul qurtarır və başqa dövlətlərdən borc almaq məcburiyyəti yaranır
"Öz xalqının və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq "hüquqdur yoxsa vəzifə?
vəzifə
Uşaq Hüquqları haqqında Konvensiya hansı tarixdə qəbul edilmişdir və bu tarix hər il hansı əlamətdar gün kimi qeyd olunur?
Uşaq Hüquqları haqqında Konvensi ya 1989cu il noyabrın 20də qəbul edilmişdir. Konvensiyanın qəbul olunduğu bu tarix hər il bütün dünyada «Ümumdünya Uşaqlar günü» kimi qeyd edilir
Milli Məclisdə qəbul edilmiş qanunların həyata keçirilməsi kimlər məşğul olur?
Nazirlər Kabineti
Dövlət Yol Polisi (DYP) orqanının vəzifəsi nədir?
Ölkəmizin avtomobil yollarında qaydalara əməl olunmasına nəzarət edir.
Vergi ödəyicisi kimə deyilir?
Dövlət büdcəsinə vergi ödəyənlərə
"Özünü faydalı fəaliyyətə hazırlamaq" hüquqdur yoxsa vəzifə?
vəzifə
Uşağın fiziki və əqli sağlamlığının qorunması və möh - kəmləndirilməsi üçün onun vacib olan qida məhsulları, tibbi xidmət və s. ilə təmin olunması hansı hüquqa aiddir?
Yaşamaq hüququ
Respublikamızın təhsil sahəsində fəaliyyət göstərən dövlət orqanı hansıdır?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün yaradılmışdır?
Ölkəmizin təbiətini, canlılar aləmini qorumaq üçün
Ölkəmizdə vergilərlə bağlı işlərlə hansı müəssisə məşğul olur?
Azərbaycan Respublikası Vergilər Nazirliyi