DÇ - 2022
Müharibələr
Biologiya
İkisini də deyin
Adını tapın
100

DÇ-nın oyunlarının keçirildiyi bir stadionun adında olan dini rütbə. Rütbə Məhəmməd peyğəmbərin xələflərini bildirmək üçün belə adlanıb.

Xəlifə (Khalifa İnternational Stadium)

100

Maraqlıdır ki, bu müharibə 1337-ci ildə başlamış və 1453-cü ildə başa çatmışdır.

100 illik müharibə

100

Biri vegetativ orqandır:

Toxum, meyvə, kök

Kök

100

Coğrafiyada şərq və qərbi aydınlaşdırmaq üçün istifadə olunan iki meridian.

0 və 180

100

Atası milyonçu olan o, 1902-ci ildə, cəmi 27 yaşında vəfat edib. Onun adını tapın.

İsmayıl

200

Turnirin açışında çıxış etmiş Jeon Jungkook bu Koreya qrupunun solistidir.

BTS

200

Hansı müharibənin nəticəsində bir yarımada 38-ci paralel üzrə iki yerə bölündü?

Koreya müharibəsi

200

Faqositoz prosesi hansı birhüceyrəlilərdə baş verir?

Amöb

200
Abşeron yarımadasında yerləşən tarixi abidələrdən 3-ü UNESCO-nun Ümumdünya Mədəni İrsinə düşə bilib. Bunlardan biri İçərişəhər kompleksidir. Digər ikisini deyin.

Şirvanşahlar sarayı, Qobustan qayaüstü rəsmləri

200

İbrahimxəlil xanın qızı olan o, sonradan dağıdılmış məscidi yenidən öz hesabına bərpa etdirir. Onun adını deyin.

Gövhər ağa

300
Turnir boyunca hələki ən çox qol buraxmış ölkə. Ölkənin paytaxtı San-Xose şəhəridir.

Kosta Rika

300
Maradona öz məşhur müsahibəsində "Tanrının əli" ifadəsindən sonra hansı adanı xatırlamışdı?

Folklend

300

Hansı bədən orqanını müalicə edən həkim "nefroloq" adlanır?

Böyrək

300

Azərbaycan dilində açıq, incə, dodaqlanmayan iki hərf var. Hər ikisini tapın.

E,ə

300

Cəmi 9 il hakimiyyətdə olmuş o, İslam dinini qəbul etdiyini bildirmək üçün Məhəmməd peyğəmbərin adını qədim türk dilinə uyğun olaraq dəyişmiş və özünə götürmüşdü. Söhbət hansı addan gedir?

Mahmud

400

Turnirdə iki avtoqol qeydə alınıb. Biri 8/1-də finalda bu Cənubi Amerika təmsilçisi, biri də Kanada ilə qrup oyunlarında bu Afrika ölkəsi. Hər ikisini deyin.

Argentina, Mərakeş

400

21-ci əsrdə baş verən Rusiya ilə Gürcüstan arasındakı müharibə Rusiyada "888" kod adı altında həyata keçirildi. Siz isə müharibənin hansı tarixdə başladığını dəqiqliklə deyin.

8 avqust, 2008

400

"Ümumdünya qan donorluğu günü" Karlın ad günündə keçirilir. Karlın soyadını tapın.

Landşteyner

400
Dekabr ayında doğulanların aid ola biləcəkləri iki bürc. Hər ikisi eyni hərflə başlayır.
Oxatan, oğlaq
400

Məşhur mahnımızda adı xatırlanan bu xanım 20-ci əsrin əvvəllərində "Gəlinqaya" adlı hündürlükdə erməniləri darmadağın etmişdi. Xanımın adını tapın.

Reyhan
500

Saitləri eyni bir sözlə deyin. FİFA-nın partnyoru olaraq çempionata sponsorluq edən yeganə Çin şirkəti. Şirkətin adını Atletiko Madrid stadionunun adında da görmək olar.

Vanda (Vanda Metropolitano stadionu)

500

Dəqiqliklə deyin. Hansı müharibə zamanı ilk dəfə Alp dağlarından fillərin vasitəsilə keçilib?

2-ci Pun müharibəsi


500

Fransızca istifadə olunan "Cul-de-sac" termini heç yerə aparıb çıxmayan yolu bildirir. Fransızlar nəyə "cul-de-sac" deyir?

Kor bağırsaq (appendiks)

500

Onların hər ikisi 1885-ci ildə 18 sentyabrda anadan olub. Söhbətin hansı iki bəstəkardan getdiyini tapın.

Üzeyir Hacıbəyov, Müslüm Maqomayev

500

Manaf Süleymanov 20-ci əsrin əvvəllərində Bakı haqqında danışarkən  bildirir ki, "O, çox güclü idi, sözü kimlə tərs gəlsə o adamı döyərdi. Hər işi əl gücü ilə həll edər, heç kimdən qorxmazdı." "O olmasın, bu olsun" filmini yada salın və sözügedən şəxsin 4 hərfli adını tapın.

Qoçu