Bir filmin dizayneri spesifik setin qurulması prosesindən danışarkən beynəlxalq səviyyədə çəhrayı çatışmazlığı yaşandığını qeyd etmişdir. Söhbət hansı filmdən gedir?
Barbie
Bəzi məşhur yarım qalmış tikililərin vizual olaraq tamamlanması üçün ONLARdan istifadə edilmişdi. ONLARdan çatdırılma məqsədilə istifadə edən bəzi şirkətlər məhsullarının qabına kiçik paraşüt də əlavə edirlər. Əvvəlki cümlələrdə bir sözdə buraxılmış hərflərin olduğunu bilərək sözü bərpa edin.
Dronlar
Bu bitkinin adı italyan dilindən “qızıl alma” mənasına gəlir.
Pomidor
"Ölüm oyunu" filmindən ilhamlanaraq yaradılmış bu multiplayer döyüş oyununun sujeti silah əldə edərək sonacan döyüşmək qalib gəlməkdən ibarətdir.
PUBG
X-in yol hərəkəti zamanı sürücünün qarşısına çıxması sürücünün idarəetməni itirməsinə səbəb olmuş, sürücü sükanı döndərib əyləcə basdıqdan sonra maşın qəzaya uğramış və bədbəxt hadisə baş vermişdi. X-ə həm də 1843-cü ildə yazılmış "Qara X" əsərində də rast gəlmək olar. X-i tapın
pişik
Ole, 1916-cı ildə Billund şəhərciyində yerləşən taxta mağazasını alır. Lakin Böyük Depressiya Ole üçün ziyansız ötüşmür, belə ki o, fəaliyyətini "kiçiltməyə" məcbur olur. Bəs bu hadisə nəyin yaranmasına təkan verir?
LEGO
Tarixdə ilk SPAR sahibi Frenk Vulvort, qəssab və südçü kimi peşələri bir məkana toplayaraq, ayrılıqda onların miqyasını itirməsinə səbəb olmuşdur. Sual mətnində buraxılmış hərflərin olduğunu bilərək, sözü bərpa edin.
Supermarket
”1000 Ways to Die” serialının bölümlərinin birində bunu yeyən şəxs sonradan soyuq su içməsi nəticəsində ölür. Bunun bir qramı 30 kiloqrama qədər acı sousa bərabərdir. Bunu 2 sözlə deyin.
Çili bibəri
Yuval Noy Harari keçmişlə müasir dövrü müqayisə edərkən qeyd edir ki, özündə bir çox funksiyanı birləşdirən BUnda İsgəndəriyyə kitabxanasında toplanandan da daha çox məlumat var.
Mobil telefon
Yeni Zellandiyanın hava qüvvələrinin gerbində hər nə qədər qəribə olsa da, o təsvir olunub.
Kivi

Gərgin keçən futbol oyunlarından biri hakimin sarı kartı ilə razılaşmayan oyuncu Max Foshun hakimə göstərdiyi yumoristik cavab kartı ilə yaddaşlarda qaldı. Oyunçunun cavabı nə idi?
Uno kartı (Reverse Uno kartı)
Maplewood.com saytı ABŞ-da hava vəziyyətinin həqiqətən pisləşməsi, qar yağmaq ehtimalının olmasını bildirdiyi 31 mart tarixli xəbərinə "1 aprel zarafatı" başlığı seçmişdir. Mətndə buraxılan bir sözü tapın.
1 aprel zarafatı deyil
Qədim Azərbaycan tapmacasına qulaq asın: Ölən qoyun ağlamır, öldürən qəssab isə ağlayır. Bu tapmacada nə təsvir olunur?
Soğanın soyulması
Frank Baumun Oz ölkəsinə həsr etdiyi kitablar seriyasındakı personajlardan birinin adı mexanizmin işlədiyi zaman çıxardığı səsə uyğun olaraq İKS-dir. İKS həm də məşhur platformanın adıdır. İKS-i yazın.
Tiktok
Jan-Pol Ru danışır ki, Tamerlanın əsirliyinə düşən bir radja islamı qəbul etməklə həyatını xilas etdi. Bəs bunu sübut etmək üçün o nə yeməli oldu?
İnək
Bir serialda ayın qeyri-adi dərəcədə güclənmiş qravitasiya sahəsini düzəltməyə çalışan personaj məqsədinə çatıb-çatmadığını yoxlamaq üçün ALFA- ALFAdan istifadə edir.
Yo-yo
Bir karikaturada plastik tullantılarla çirkləndirilmiş su hövzəsi “PASİFİK okean” adlandırılıb. Əvvəlki cümlədə bir sözdə bir neçə hərf buraxılıb. Sözü bərpa edin.
Plastifik
Böyük Depressiya nəticəsində işdən çıxdıqdan sonra Herman Lay özünün kiçik Fordunda məhz bunları satmağa başladı. Bunu iki sözlə ifadə edin.
Kartof cipsləri (Lay's)
Bu sualda ingilis dili biliyiniz köməyinizə gələcək.

Qarşınızdakı şəkildəki cümləni tamamlayın.
You tube
Avstraliyada Golf oyunlarında qəribə bir qayda var. Top ona dəysə, heç nə olmamış kimi oyuna davam eləmək lazımdır. Onu tapın.
Kenquru

Karl Marx kapitalizmi tənqid edən fikirləri ilə seçilən filosof və yazar olmuşdur. Onun məzarından paylaşılan şəkildə hamının diqqətini məzara buraxılan bu oyuncaq çəkmişdi. Həmin oyuncaq "The Monsters" kitab seriyasındakı obrazdan ilhamlanaraq yaradılıb və sürpriz qutu açılımı videoları ilə məşhurlaşıb. Bunun hansı oyuncaq olduğunu tapın.
Labubu

Bir reklam posterində buraxılan hərflər vasitəsi ilə nəyin təsvir olunduğunu deyin.
Qan qrupları
Hüspot bir vaxtlar ispanlar tərəfindən mühasirə saxlanılan və yalnız Oranjlı Vilhelmin köməyə gəlməsi ilə xilas olan Leyden şəhərinin sakinlərinin yedikləri yeməkdir. Bu yeməyin müasir variantının tərkibinə pörtlədilmiş ət, kartof və soğandan başqa, Vilhelmin şərəfinə bu bitki də daxildir. Söhbətin hansı bitkidən getdiyini tapın.
Kök
Roger və Deborah Fauts tərəfindən təlim görmüş lal və kar şimpanzelər onlar üçün tərtib edilən “AÇ, YE, BAĞLA” yazılarından ibarət kombinasiyalarla nəyin dilini öyrənmişdilər?
Soyuducu
Osmanlı təsiri altında Bolqarıstan folklorunda yaranan Hiyləgər Pyotr Xoca Nəsrəddinə qarşı olan xeyirxah bir personaj kimi təsvir olunurdu. Onu nəyin üzərində görmək olardı?
Uzunqulaq