O, demişdi: Elm Çində də olsa ardınca gedin.
Məhəmməd Peyğəmbər
Qarabağda ilk açılan beynəlxalq hava limanı haradadır?
Füzuli
Milli mətbuatımızın əsası kim tərəfindən qoyulmuşdur?
Həsən bəy Zərdabi
“Bismilləhir-rahmənir-rahim” nə deməkdir?
Rəhimli və mərhəmətli Allahın adı ilə
"Bir kərə yüksələn bayraq bir daha enməz!" - bu sözlər kimə məxsusdur?
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan Respublikasının Dövlət gerbində hansı ağacın budağı və hansı bitki təsvir olunmuşdur?
Palıd və sünbül
Qarabağda yerləşən hansı şəhər 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunub?
Şuşa
Biz mehriban ailəyik mahnısını məhz bu Azərbaycan filmində eşitmək olar
Qaynana
Gəmi tikmək əmri verilən Peyğəmbər kimdir?
Hz. Nuh ( ə.s)
Heydər Əliyev hansı illərdə Azərbaycan Respublikasının Prezidenti olmuşdur?
1993 - 2003
Dünyada ərazisinə görə ən böyük dövlət hansıdır?
Rusiya
İkinci Qarabağ müharibəsi hansı tarixdə başladı?
27.09.2020
Azərbaycanda ilk opera yazan bəstəkar qadın kimdir?
Şəfiqə Axundova
Qurani-Kərimdə ilk və son surə hansıdır?
Fatihə, Nas
Səttar Bəhlulzadə, Tahir Salahov və Bəhruz Kəngərli hansı sahənin görkəmli sənətkarlarıdır?
Rəssamlıq
Nobel mükafatı hansı ölkədə təqdim olunur?
İsveçdə
Qarabağda bitən hansı bitki şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun Zəfər günü simvolu kimi məşhurlaşdı?
Xarıbülbül
Azərbaycanın ilk dövlət muzeyinin adı nə olmuşdur?
Azərbaycan İstiqlal muzeyi
Qurani-Kərimdə neçə Peyğəmbərin adı zikr olunur?
25
Şəkildə gördüyünüz Azərbaycanlı dahi şəxsiyyət kimdir?
Lütfi Zadə
İsaak Nyuton hansı qanunlarla məşhurdur?
Hərəkət qanunları
İkinci Qarabağ müharibəsində şəhid olmuş tək qadın şəhidimiz kimdir?
Arəstə Baxışova
Yeddi gözəl baletinin müəllifi məhz bu Azərbaycan bəstəkarıdır?
Qara Qarayev
Peyğəmbərimiz Muhəmməd (s) hansı ildə və neçə yaşında vəfat edib?
632-ci il, 63 yaşında
Bu şəxs 2 dəfə Sovet İttifaqı Qəhramanı adına layiq görülmüş yeganə Azərbaycanlıdır?
Həzi Aslanov