Üçrəqəmli ədədlər
Təkcə Pixar cizgi filmləri deyil
Meksikanın ştatları
Qədim şəhərlər
Karllar
100

Əslində onlardan hamısı döyüş zamanı ölməmişdilər. Məsələn, qaçmağı bacaran Fesaliyu məğlubiyyət xəbərini aldıqdan sonra özünü öldürmüşdü

300 Spartalı


100

Onlar haqqında danışarkən Henry Ford "Hansı rəng olursa olsun, əsas odur ki qara olsun" demişdi

Maşınlar

100

Meksikada bu adda 2 ştat var - şimali və cənubi. ABŞ-yə biri də bəs edir

Kaliforniya

100

Özbəkistan xokkey çempionatının ilk mövsümündə iştirak edən bütün komandalar bu şəhəri təmsil edirdilər

Daşkənd

100

Adı mövzu ilə eyni olan personajı bu serialda Çendler Riqz canlandırır. Çendler Riqz!

Gəzən ölülər

200

Ehtimal olunur ki, müəllif onu müharibə dövründə İnformasiya Nazirliyində iştirak etdiyi uzun iclasların baş tutduğu yerin şərəfinə adlandırmışdı

101 nömrəli otaq

200

Apple, Microsoft və Facebook haqqında çəkilən sənədli film belə adlanır

Bədheybətlər şirkəti

200

Konkistador Kordoba yerlilərdən ərazinin necə adlandığını soruşduqda onlar bu mənaya gələn "Yu ka tan" sözlərini demişdilər

Bilmirəm

200

Onun əsərlərindən birində hadisələr qədim Fiv şəhərində cərəyan edir - sözsüz ki həyat yoldaşının peşəsi ona kömək olub

Aqata Kristi

200

Bu Leonard, Adolf, Julius, Milton və Herbert qardaşlarının soyadıdır. Karl isə, təəssüf ki, yoxdur

Marks

300

Bir çox rekorda imza atmış o, təəssüf ki 2022-ci ildə Hostomel hava limanında gedən döyüşlər zamanı məhv edilmişdi

AN-225

300

Parisdə yaşamış Fedor Şalyapin onu tatar salatı adlandırmışdı

Ratatuy

300

İspanlar bu ştatın ərazisində bir çox kiçik teçiçilərə rast gəlmiş və yerli əhalinin onlar döyüşlərdə istifadə etmək üçün yetişdirdikləri qənaətinə gəlmişdilər

Çixuaxua

300

Triestin rayonlarından birinin şərəfinə adlandırılan o, Şarma üsulu ilə hazırlandığına görə şampandan daha ucuz başa gəlir

Prosekko

300

Bu oyunun baş qəhramanı olar Karl Consonun personajı Los Ancelesdə yaşayan məşhur reper Kristofer Bellarddan ilhamlanmışdır

GTA: San Andreas

400

İlkin versiyalarında onların yalnız asqılarla geyiniləcəyi ehtimal olunduğu üçün kəmərlər üçün yerlərdən istifadə olunmamışdı

Levis 501

400

"Sirli ada" romanının personajları bu məqsədlə ekspedisiya təşkil etmişdilər 

Nemonu tapmaq

400

Neft bumuna baxmayaraq bu ştatın yarım milyondan çox əhalisi hələ də yoxsulluqla mübarizə aparır və acı həyat sürürlər

Tabasko

400

Adı ərəb dilindən "təşəbbüs" kimi tərcümə olunan bu şəhərdə Səlahəddin Əyyubinin məzarına rast gəlmək olar

Dəməşq

400

"Cosmos" sənədli filmlərinin müəllifi olan o, həm də Voyacer qızıl plastinkasının əsas təşəbbüskarlarındandır

Karl Saqan

500

Sosial araşdırmalar göstərmişdi ki, bu ədəd Britaniyada cahil sözünə evfemizm kimi istifadə olunur və heç nəyi bilməyən mənasını verir

404

500

Bu hərbi düzülüşün əsas məqsədi, süvari qoşunlarının hücumundan əvvəl düşməni mühasirəyə almaq idi

Lava

500

1865-ci ildə Quanxuato ştatında insanların dəfn olunması üçün vergi tələb olunur və vergi ödənmədiyi təqdirdi ölülər qəbirlərdən çıxarılırdı. İndi isə bu adlı yüzdən çox eksponatın olduğu qəbirstanlıq fəaliyyət göstərir

Mumiya muzeyi

500

Qanq çayının bu şəhərdəki sahillərində insanlardan külləri çaya atmamaları xahiş olunur

Varanasi

500

Karl Qaussun həyatı haqqında olan bir çox kitablarda bu dördrəqəmli ədədə tez-tez rast gəlmək olar

5050