SİSTEM LÖVHƏNİN DİGƏR ADI NƏDİR?
ANA LÖVHƏ
Qrafik planşetin digər adı nədir?
dicitayzer
Monitorlarda rəngli görüntü hansı rənglərin qarışığından alınır?
qırmızı, yaşıl və göy
Faylın adı neçə hissədən ibarətdir və hansılardı?
Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan.
ƏMƏLİYYAT SİSTEMLƏRİNİ SAY.
Windows, Mac OS, Android, Linux VƏ S.
PROSESSORUN SÜRƏTİ NƏ İLƏ ÖLÇÜLÜR?
hers ( Hz)
Kursorun idarəolunması klavişlərini say.
Home, End, PgUp, PgDn və ox klavişləri
Ekranda görüntülər nədən təşkil olunur?
piksellərdən ( və ya nöqtələrdən)
Faylın adı ən çoxu neçə simvoldan ibarət ola bilər?
255
Faylları nizamlı saxlamaq üçün nələrdən istifadə olunur?
qovluqlardan
Prosessoru kompüterin nəyi adlanır?
kompüterin “beyni”
Noutbuk kompüterlərində siçan qurğusu əvəzinə hansı qurğudan istifadə olunur?
taçpad
Printerlərin növləri hansılardı?
matrisli, şırnaqlı, lazerli
Faylın adında hansı simvollar ola bilməz?
*/ : < > ? \ | “
Faylın adını dəyişmək üçün hansı komandadan istifadə olunur?
Rename
SİSTEM LÖVHƏSİNİN ÜZƏRİNDƏKİ ƏSAS KOMPONENTLƏR HANSILARDI?
mərkəzi prosessor, yaddaş və genişləndirmə yuvaları
Skanerlərin növləri hansılardı?
Görüntü skanerləri, Ştrix-kod skanerləri, Maqnetik skanerlər
Ekranın çözümlülüyü nədir?
Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin
sayı ekranın çözümlülüyünü müəyyən edir.
Faylın yerləşdiyi yeri dəqiq göstərmək üçün hansı anlayışdan istifadə olunur?
FAYLIN YOLU
PROQRAM TƏMİNATI NEÇƏ SİNFƏ AYRILIR VƏ HANSILARDI?
SİSTEM PROQRAMLARI, TƏTBİQİ PROQRAMLAR, PROQRAMLAŞDIRMA ALƏTLƏRİ
PROSESSORLARI SAY.
Pentium, Celeron, Athlon, Duron, Itanium, Xeon, Core, Apple Ax.
GİRİŞ QURĞULARINI SAY.
mikrofon, skaner, kamera, coystik, qrafik planşet (dicitayzer), sensor ekran və s
Lazerli və matrisli printerlərin sürəti nə ilə ölçülür?
Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə, matrisli printerlərin sürəti isə bir saniyədə çap olunan simvolların sayı ilə ölçülür.
Mətn fayllarının tipi hansılardı?
doc, docx, txt
Yeni qovluq yaratmaq üçün hansı komandalar nəzərdə tutulub?
New - Folder