Tarixə Vətən müharibəsi adı ilə daxil olmuş II Qarabağ
savaşı nə zaman başlandı?
27 sentyabr 2020-ci ildə
Sonuncu dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş generalımız kim olub?
Şəhid General-mayor Polad Həşimov
Bu şəhər Vətən müharibəsi zamanı müharibə zonasından 100km aralıda yerləşməsinə baxmayaraq 5 dəfə raket hücumuna məruz qalmıdır. Raket hcümları nəticəsində ümumilikdə 25 nəfər şəhid olmuş,90-dan çox insan yaralanmışdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sonuncu raket hücumunu "Xocalı qətliamına bərabər terror aktı kimi" qiymətləndirmişdir. Bu hansı qəhrəman şəhərimizdir?
GƏNCƏ
Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Ləki qəsəbə 6 saylı məktəbin məzunu kim olmuşdur?
Vüqar Çələbizadə
Vətən müahribəsində azad olunmuş ilk şəhərimiz hansı oldu?
Cəbrayıl
Vətən müharibəsi zamanı hərbi əməliyyatlar hansı ad altında həyata keçirildi?
" DƏMİR YUMRUQ" ƏMƏLİYYATI ADI İLƏ
Azərbaycan Respublikasının Müdafiə Naziri olan General-polkovnik kimdir?
General-polkovnik Zakir Həsənov
II Qarabağ müharibəsi zamanı Gəncə hansı tarixdə 5-ci dəfə raket hücumuna məruz qalmışdır?
17 oktybr 2020-ci ildə
Vətən müharibəsi zamanı oxuduğu "Vətən yaxşıdır" mahnısı ilə məşhurlaşan qəhrəman şəhidimiz kim olmuşdur?
XUDAYAR YUSİFZADƏ
20 oktyabr 2020-ci ildə müzəffər ordumuz hansı şəhərimizi düşmən caynağından azad etdi?
Zəngilan şəhərini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli fərmanına əsasən bu fəxri ad təsis olundu. Bu fəxri ada 83 nəfər layiq görülüb. Söhbət hansı fəxri addan gedir?
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI fəxri adı
II Dünya müharibəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış igid azərbaycanlı general kim olub?
General Həzi Aslanov
Bu şəhər II Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən ən çox bombardmana məruz qalan şəhər olmuşdur. Bu hansı qəhrəman şəhərimizdir?
TƏRTƏR
Vətən müharibəsində Ağdaş rayonu Ləki qəsəbəsi və Ləki kəndindən olan şəhidlərin adlarını sadala
şəhid İsrafilov Anar
şəhid Azər Vəliyev
şəhid Rəcəb Məmmədov
şəhid Vüqar Çələbizadə
Qarabağın baş tacı adlandırılan Şuşa şəhərində üçrəngli bayrağımız nə zaman ucaldıldı?
9 noyabr 2020-ci ildə
Vətən müharibəsi başlayandan sonadək birmənalı şəkildə Azərbaycan xalqının yanında olan və ən çox mənəvi dəstək göstərən müsəlman dövlətlər hansılar olmuşdur?
Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası
Hansı məşhur generalımızı " Şuşa Fatehi" adlandırırıq?
General-mayor Hikmət Mirzəyevi
2020-ci il oktyabrın 28-də ermənistan tərəfindən bu şəhərə atılan "Smerç" tipli taktiki təyinatlı böyük dağıdıcı qüvvəyə malik klaster bomlalarının atılması nəticəsində 27 nəfər həlak olmuş, 70 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ancaq şəhər əhalisi bu təcavüz aktına qəhrəmanlıqla sinə gərib sonadək şəhəri tərk etməmişdir. Bu hansı qəhrəman şəhərimizdir?
BƏRDƏ
Vətən müharibəsində qazanılan qələbəni canları bahasına qazanmış qəhrəman şəhidlərimizin əziz xatirəsini hansı çiçəklə simvolizə edirik?
XARI BÜLBÜL
Azərbaycan xalqı üçün həsrət körpüsünə çevrilmiş Xüdafərin körpüsündə Azərbaycan bayrağı nə zaman ucaldıldı?
18 oktyabr 2020-ci ildə
Bu əməliyyat II Qarabağ savaşında Azərbaycan ordusunun cənub-şərq cəbhəsində həyata keçirdiyi ən əhəmiyyətli döyüşlərdən biri olub. Əməliyyat 27 sentyabrdan 17 oktyabradək davam edib. Nəticədə Füzuli rayonunun 18 kəndi və şəhər mərkəzi,Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri azad edilb. Söhbət hansə əməliyyatdan gedir?
FÜZULİ ƏMƏLİYYATI
O,1976-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. Vətən müharibəsində cənub cəbhəsinin komandanlarından olmuşduur. 2016-cı ildə "Aprel döyüşləri"ndə xüsusilə,Lələtəpənin azad olunmasında göstərdiyi şücaətə görə,2016-cı ildə General-mayor fəxri adına layiq görülüb. Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə "Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə","Zəngilanın azad olunmasına görə" və s. medallarla təltif olunub.Söhbət hansı generalımızdan gedir?
General-mayor Mais Bərxudarov
Vətən müharibəsi zamanı hansı qəhrəman şəhərimizin bombalanmasından sonra məşhur "biz qan görəndə qorxmuyoruz,nabarot qızışıyoruz" ifadəsi yaranmışdı?
GƏNCƏ
Vətən müharibəsində Ağdaş rayonunun neçə igid oğlu şəhidlik zirvəsinə ucalmışdır?
30 qəhrəman şəhid
Azərbaycan ermənistan və Rusiya üçtərəfli bəyanatına əsasən2020- ci il dekabrın 1-də Azərbaycan ordusuna təhvil verilən tarixi torpağımız?
Laçın rayonu