Fizika
Biologiya
Coğrafiya
Kimya
Qarışıq suallar
100

Qüvvənin vahidi nədir və hansı cihazla ölçülür?

A) kiloqram, tərəzi    B) Nyuton , tərəzi

C) Coul, menzurka    D) Nyuton, dinamometr

D) Nyuton, dinamometr

100

Qazlar mübadiləsi hansı orqanda gedir?

A) burun boşluğunda   B) qırtlaqda

C) ağciyərlərdə           E) nəfəs borusunda

C) ağciyərlərdə

100

Litosfer tavaları nədən əmələ gəlmişdir?

A) nüvə və mantiyanın üst hissəsindən

B) yer qabığı və mantiyanın üst hissəsindən

C) yer qabığı və nüvədən

D) yer qabığı və mantiyanın alt hissəsindən 

B) yer qabığı və mantiyanın üst hissəsindən

100

Maddənin tərkibində dəyişikliyin müşahidə olunmadığı hadisələrə nə deyilir? 

A) kimyəvi hadisələr     B) reaksiyalar

C) fiziki hadisələr         D) təbiət hadisələri

C) fiziki hadisələr    

100

Tükənməyən ehtiyatlar hansılardır?

1. neft   2. su enerjisi   3. bitkilər  4. külək enerjisi

5. təbii qaz   6. heyvanlar

A) 1,4,5         B) yalnız 2,4        C) yalnız 3,6   

D) yalnız 1,5      E) 1,3,5


 B) yalnız 2,4

200

Hansı qüvvə ağırlıq qüvvəsinin əksinə yönəlmişdir?

A) Sürtünmə qüvvəsi     B) Tarazlıqda olan qüvvə

C) Tarazlıqda olmayan qüvvə   E) Arximed qüvvəsi

E) Arximed qüvvəsi

200

Hansı damar oksigenlə zəngin qanı ağciyərdən  ürəyə gətirir?

A) kapliyar  damar     

B) vena damarı   

C) arteriya  damarı  

D) bütün damarlar

B) vena damarı 

200

Uyğunluğu müəyyən edin.

1. Aktiv vulkan    2. Sönmüş vulkan   3. Yatmış vulkan 

a. Uzun illər əvvəl püskürən, lakin hazırda fəaliyyətini itirmiş vulkanlar.

b. Yaxın keçmişdə püskürən və hal-hazırda püskürmə fəallığı yüksək olan vulkanlar.

c. Uzun müddət püskürməyən, amma gələcəkdə fəallaşma ehtimalı olan vulkanlar.

1 - b  2- a  3 - c

200

Fotosintez zamanı bitkilərin karbon qazı və sudan istifadə edərək üzvi maddə hazırlaması hansı hadisələrə aiddir? 

A) kimyəvi hadisələr     B) reaksiyalar

C) fiziki hadisələr         D) təbiət hadisələri

A) kimyəvi hadisələr     

200

Bərpa olunmayan ehtiyatlar hansılardır?

1. kömür   2. su enerjisi   3. bitkilər  4. günəş enerjisi

5. təbii qaz   6. heyvanlar  7. neft

A) 1,4,5         B) yalnız 2,4        C) 3,6,7    

D) 1,2,4      E) 1,5,7

E) 1,5,7

300

Yer kürəsi və cisimlər arasında olan cazibə qüvvəsi  ədədi qiymətcə və istiqamətcə necədir? 

A) ədədi qiymətcə bərabər, istiqamətcə eyni istiqamətlidir

B) ədədi qiymətcə bərabər deyil, istiqamətcə əksdir

C) ədədi qiymətcə bərabər, istiqamətcə əksdir

D) ədədi qiymətcə bərabər deyil, istiqamətcə eyni istiqamətlidir

C) ədədi qiymətcə bərabər, istiqamətcə əksdir

300

Hansı qan hüceyrəsi orqanizimdə faqositoz prosesini həyata keçirir?

A) qırmızı qan hüceyrələri   B) qan lövhəcikləri 

C) heç biri        D) ağ qan hüceyrələri

 D) ağ qan hüceyrələri

300

Qeyzer nədir? 

A) Sel daşqınları nəticəsində yaranan və yer səthində olan  qaynar su buxarıdır

B) Zəlzələ nəticəsində yaranır

C) Vulkan püskürməsi nəticəsində yer səthinə çıxan qaynar su buxarıdır

D) Quraqlıq nəticəsində yaranır 

C) Vulkan püskürməsi nəticəsində yer səthinə çıxan qaynar su buxarıdır

300

Qarışıqlar verilən cavab variantını seçin.

1. Şəkər+su   2. xörək duzu  3. karbon qazı

4. spirt+su

A) 1,3    B) 2,3    C) 3,4    D) 1,4

D) 1,4

300

Azərbaycan Respublikasında neçənci il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur?

A) 2023 cü il  B) 2022 ci il   C) 2024 cü il   D) 2021 ci il

C) 2024 cü il

400

Hava və ya su tərəfindən cismə təsir edən sürtünmə qüvvəsi ................ də adlanır. Bu qüvvə hərəkət istiqamətinin əksinə yönəlir və cismin sürətinin azalmasına səbəb olur.  Nöqtələrin yerinə hansı qüvvənin adı yazılmalıdır?

A) ağırlıq qüvvəsi            B) arximed qüvvəsi    

C) müqavimət qüvvəsi    D) dayağın reaksiya qüvvəsi

C) müqavimət qüvvəsi

400

Hansı aləmin nümayəndəsi cavan bitkilərin köklərinə daxil olaraq su borularını zədələyir? Bu canlıların törətdiyi xəstəliyin adı nədir?

A) Bakteriyalar; Qara ləkə     

B) bakteriyalar; Fuzarium

C) Viruslar ; Tütün mozaykası

D) Göbələklər; Fuzarium

D) Göbələklər; Fuzarium

400

Verilmiş ifadələrdən hansı doğru deyil?

A) Litosfer tavalarının 3 fərqli hərəkəti mövcudur.

B) Yer səthində seysmik dalğaların ən güclü olduğu mərkəz episentrdir.

C) Dünyada ən güclü zəlzələ Çillidə baş verib

D) Yerin daxilinə doğru getdikcə təbəqələrin qalınlığı azalır.

D) Yerin daxilinə doğru getdikcə təbəqələrin qalınlığı azalır.

400

Uyğunluğu müəyyən edin.

1. Maqnitlə təsir etmə   2. Süzmə   3. Buxarlandırma

a. xörək duzu+su    b. qum+su   

c. qum+dəmir         d. şəkər+su

A) 1-d, 2-c, 3-a       B)1-a,c, 2-b, 3-d  

C)1-d, 2-b,c, 3-a     D) 1-c, 2-b, 3-a,d

D) 1-c, 2-b, 3-a,d

400

Verilmiş  ifadələrdən hansı doğrudur?

A) Qulaqcıqla mədəcik arasında olan aypara qapaqlar qanın bir istiqamətli hərəkətini təmin edir.

B) Qov göbələyi meyvə və tərəvəzdəki şəkərlə qidalanır

C) Viruslar hüceyrəvi quruluşa malik olan canlılardır.

D) Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroorqanizmlərdən alınır.

D) Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroorqanizmlərdən alınır.

500

Cismin yer kürəsində olan kütləsi 320 kq-dır. Bu cismə yer tərəfindən təsir edən qüvvə ilə ay tərəfindən təsir edən qüvvə arasında münasibət necədir? 

A) yer və ay tərəfindən təsir edən qüvvə bərabərdir.

B) yer tərəfindən təsir edən qüvvə ay tərəfindən təsir edən qüvvədən çoxdur.

C) Ay tərəfindən təsir edən qüvvə yer tərəfindən təsir edən qüvvədən çoxdur.

D) Ay tərəfindən təsir edən qüvvə yer tərəfindən təsir edən qüvvədən azdır.

C) Ay tərəfindən təsir edən qüvvə yer tərəfindən təsir edən qüvvədən çoxdur.

500

Ürəkdə taylı qapaqlar nə zaman açıq olur?

A) qan mədəciklərdən damarlara axanda

B) qan damarlarda hərəkət edən zaman 

C) qan qulaqcıqlardan mədəciklərə axanda

D) qan kapliyar damarlarda hərəkət etdiyi zaman

C) qan qulaqcıqlardan mədəciklərə axanda

500

Vulkanlar haqqında hansı ifadə doğrudur?

1. Yerin nüvə qatındakı maddələrin yüksək temperatur və təyziqlə Yer səthinə çıxması prosesidir.

2. Ərimiş maddələr Yerin daxilində hərəkət edərsə lava adlanır.

3. Dünyadakı palçıq vulkanlarının 1/3 si Azərbaycanın payına düşür.

4. Maqma vulkanlarından fərqli olaraq palçıq vulkanlarının ocağı yer səthinə daha yaxın yerləşir. 

3,4

500

Kondensasiya zamanı sonda yaranan maddənin zərrəcikləri haqqında verilən fikirlərdən hansı doğrudur?

A) Zərrəciklər nizamlı şəkildə düzülür

B) Zərrəciklər sıx yerləşir

C) Zərrəciklər qismən hərəkət edir, axıcıdır

D) Zərrəcilər sərbəst hərəkət edir

C) Zərrəciklər qismən hərəkət edir, axıcıdır

500

Verilmiş ifadələrdən hansı doğru deyil?

A) Ürək əzələvi orqandır.

B) Mayelərdə zərrəciklər arasındakı məsafə qazlara nisbətən azdır.

C) Vena damarı yalnız venoz qan daşıyır.

D) Velosipedin zənciri yağlanarsa sürtünmə qüvvəsi azalar.

C) Vena damarı yalnız venoz qan daşıyır.