Şuşa – Qələbə simvolu
Ədəbiyyat
Məntiq və düşüncə
Nağıllar
Azərbaycan uşaq filmləri
100

Şuşa şəhəri Azərbaycanın hansı bölgəsində yerləşir?

Qarabağda

100

Ədəbiyyat sözünün mənası?

ədəb,   mərifət,   əxlaq,    incəlik,   elm,  bilik

100

hansı halda 3baba, 2nənə, 6pişik, 7siçan, 4 nəvə bir çətirin altında islanmadan qala bilər?

yağış yağmadığı halda

100

adət üzrə nağıllar necə bitir

göydən üç alma düşdü

100

"Sehirli xalat"  filmində Sehirli xalatla səyahət edən pionerin oğlanın adı nə idi?

Rəşid Mirzəyev

200

Şuşa hansı sənət növü ilə məşhurdur?

muğam sənəti

200

şifahi xalq ədəbiyyatının başqa adı?

folklor(xalq, müdriklik)

200

Nə qədər çox götürsən, bir o qədər böyüyər

Dərin çuxur (quyu)

200

Məlikməmmədin nağılında Məlikməmmədin kəndirini kim kəsib quyunun dibinə saldı

qardaşları

200

"Qaraca qız" filmində Qaraca qız, ata anası zəlzələdə öldükdən sonra kimin yanında qaldı?

Piri babanın

300

Şuşa hansı tarixdə azad edilib?

8 noyabr 2020

300

yazı yaranmamışdan əvvəl meydana gələn ədəbiyyat nümunəsi?

şifahi xalq ədəbiyyatı

300
Atamın qızının qardaşı mənim nəyimdir?

qardaşım

300

Cırtdanın nağılında Cırtdanın Divi aldatması hansı atalar sözünə uyğun gəlir?

1.ağıl yaşda deyil,başdadır

2.artıq tamah baş yarar.

300

"Bir qalanın sirri" filmində Kamran baba Həkim babanın sandığa qoyduğu əşyaları oxuyub onun harada olduğu anladı. Bəs Həkim babanı kim aparmışdı?

Simnar xan

400

Qarabağın rəmzi olan çiçəyin adı nədir?

xarıbülbül

400

şair kimi tanınan Abbas Səhhət hansı peşənin sahibi idi?

həkimlik

400

Ata iki oğlu ilə birlikdə ova yollanır. Ovda onların qarşısına çay və onun içində qayıq çıxır. Qayıq ya atanı tək, ya da iki qardaşı birlikdə daşıya bilər. Ata və digər oğullar sahilə necə gedə bilər?

1. ikiqardaş qayıqla başqa tərəfə keçir

2. qardaşlardan biri qayıqla qayıdır

3. ata qayıqla o biri tərəfə keçir,ikinci qardaş qayıqla qayıdır

4. hər iki qardaş qayıqla atanın yanına keçir.

400

sehirli nağıllarda sehir hansı saatda pozulur?

gecə yarısı(saat 12-də)

400

Bu Azərbaycan filmində söhbət 3 qardaşdan gedir. Amma bu 3 qardaşı canlandıran obrazlardan birinin aktyoru oğlan yox qızdır. Bu hansı filmdir?

Asif, Vasif, Ağasif

500

Şuşada təşkil olunan mədəni tədbirin adı nədir?

muğam festivalı(Xarıbülbül festivalı)

500

Şərqdə ilk operanın müəllifi olan bu şəxs həmdə Azərbaycan himninə musiqi
bəstələyib  bu şəxs kimdir?

Üzeyir Hacıbəyov

500

Bir otağı iki xadimə təmizləyərkən ordan 4 qaşıq tapdı. Otaq 6 xadimə təmizləsəydi neçə qaşıq tapardı?

4(otaqda sadəcə 4 qaşıq var)

500

Qoğalın nağılında qoğalı aldadıb yeyən?

Tülkü

500

"Ögey ana" filmində İsmayıl ögey bacısı Cəmilənin qorxması üçün gecə onun çarpayısının yanına  hansı quşu qoymuşdu?

Yarasa