Ölkələr və Bayraqlar
Musiqi
İdman
Milli Qəhrəmanlar
İxtiralar
100

Adı qiymətli bir metallardan biri olan gümüşlə bağlıdır, məşhur rəqslərdən biri olan tango bu ölkədə yaranıb. Eyni zamanda məşhur futbolçu Lionel Messinin vətəni olan bu ölkəni tapın

Argentina 

100

İtalyan rahibi Qvido Daretsso öz min il əvvəl yaradılan bu xüsusi yazı sistemi bəstəkarlar musiqilərini kağıza köçürə bilirlər. Bu sistem olmasaydı, biz Bethovenin və ya Üzeyir Hacıbəyovun əsərlərini bu gün ifa edə bilməzdik. Onun sayı həftənin günlərinin sayı ilə eynidir..Onun nəyi ixtira tapın”.

Notları (do, re, mi...) 

100

Dünyada yeganə futbol hakimidir ki, adına mərkəzi stadion var. 1966-cı il dünya çempionatının finalında verdiyi tarixi qərarla İngiltərənin çempion olmasına səbəb olmuşdur. İngiltərə millisi Bakıya hər gəlişində onun adını daşıyan stadiona gedir və onun heykəlinin önünə gül dəstələri qoyurlar

Tofiq Bəhramov 

100

Ağdamdan olan bu əfsanəvi milli qəhrəmanımız indiki Qarabağ futbol klubunun baş məşqçisi olmuşdur. Ağdamı düşməndən müdaifə edən, Xocalıdan olan soydaşlarımızı əsirlikdən xilas edən bu qəhrəmanımız şəhid olandan sonra Ağdam işğal olunur. Onun dəfn edildiyi məzarlıqda ermənilər bütün məzarları dağıtsalar da, onun məzarına toxunmadılar. Bu qəhrəmanımız kimdir? 

Allahverdi Bağırov 

100

Bu materialın ilk vətəni Çindir və o, "Dörd böyük ixtira'dan biri hesab olunur". Bunun ixtira edilməsinə qədər insanlar papirus və heyvan dərisindən istifadə edirdilər. Dünyanı kəsin bu ixtira nədir? 

Kağız

200

Bu ölkə o qədər böyükdür ki, bir ucunda günəş doğanda, başqa ucunda artıq axşam olur. Azərbaycanın şimal qonşusu olan bu nəhəng dövləti tapın.

Rusiya 

200

Bu xalq mahnımız başı həmişə dumanlı olan, qədim mədəniyyət mərkəzimiz olan şəhərimizdən bəhs edir:

Şuşanın dağları 

200

Səbətə top atma" oyunu kimi tanınan bu idman növünün ən məşhur liqası Amerikadakı NBA-dır.

Basketbol 

200

2020-ci il İyul döyüşlərində (Tovuz istiqamətində) qəhrəmancasına şəhid olan, Azərbaycanın müasir hərb tarixində general rütbəsi daşıyan Milli Qəhrəmanımız kimdir?

Polad Həşimov 

200

Məktəb müəllimləri onun 'ağılsız' olduğunu desələr də, anasının ona olan sonsuz inamı sayəsində o, bəşəriyyətin ən böyük ixtiraçılarından biri oldu. 1000-dən çox uğursuz cəhddən sonra nəhayət dünyanı qaranlıqdan qurtaran elektrik lampasını təkmilləşdirən bu dahi kimdir?"

Tomas Edison 

300

Bütün qitələrdə müstəmləkələri olduğu üçün "Günəş batmayan imperiya" adlandırılan bu Avropa ölkəsinin bayrağı "union jack" adlanır

Böyük Britaniya 

300

Bəziləri bu mahnını üzündə xal olan qadına həsr etdiklərini desələr də, bəziləri ruslar tərəfindən işğal ediləndən sonra öldürülən xanlara aid yazıldığını iddia edir. Bu hansı mahnıdır? 

İrəvanda xal qalmadı 

300

O, karyerası ərzində 900-dən çox rəsmi qol vuraraq futbol tarixinin ən məhsuldar oyunçusu olub. 'Çempionlar Liqasının Kralı' adlandırılan, Portuqaliya millisinin kapitanı və 7 nömrəli formanın əfsanəvi sahibi kimdir? 

Cristiano Ronaldo 

300

Əslən yəhudi olan bu milli qəhrəmanımız öz tankı ilə Şuşanı müdafiə edirdi,onu məğlub etmək üçün düşmənlər öz şəhidlərimizin cəsədlərini tankının önünə düzdülər. Bu qəhrəmanımız sırf şəhidlərimizi yoldan çəkmək üçün tankından çıxanda snayperlə vurularaq şəhid olur. Düşmənlər o şəhid olandan sonra Şuşanı işğal edirlər. Bu qəhrəmanımız kimdir? 

Albert Aqanurov

300

Bu cihazın ilk sadə formasını hollandiyalı bir eynək ustası hazırlasa da, onu göy üzünə çevirərək Yupiterin peyklərini və Ayın kraterlərini ilk dəfə görən alim Qalileo Qaliley olub. Uzaqdakı ulduzları və planetləri bizə yaxın göstərən bu optik cihaz necə adlanır?"

Teleskop 

400

Bu nəhəng ölkənin bayrağında 50 ədəd kiçik ağ ulduz var. Bu ulduzların hər biri ölkənin bir ştatını (state) simvolizə edir.

Amerika Birləşmiş Ştatları 

400

Üzeyir Hacıbəyov tərəfindən yazılan Azərbaycanın ilk operası olan bu əsərin adı eyni adlı əsəri ərəb əfsanəsindən gəlir 

Leyli və Məcnun 

400

Hər 4 ildən bir keçirilən bu böyük yarışın məşəli həmişə Yunanıstandakı Olimp dağında yandırılır.

Olimpiya oyunları 

400

2010-cu ildə təkbaşına düşmən səngərinə keçərək çox sayda işğalçını məhv edən və şəhidlik zirvəsinə ucalan qəhrəmanımız kimdir? 

Mübariz İbrahimov 

400

1876-cı ildə Aleksandr Bell tərəfindən ixtira edilən bu cihaz insanlıq tarixində ünsiyyəti tamamilə dəyişdi. Maraqlıdır ki, Bell özü başqa söz istifadə etsə də, Tomas Edisonun təklif etdiyi 'Hello' (Salam) sözü zamanla dəyişərək bütün dünyada işlədilən hansı məşhur sözə çevrildi? Bu ixtira nədir? 

Telefon, "alo" sözləri 

500

Relyefinə görə "Çəkməyə" bənzəyən, pizza və makaronun vətəni sayılan bu ölkə hansıdır? 

İtaliya 

500

Bu dahi alman bəstəkarı ömrünün son illərində kar olsa da, özünün ən möhtəşəm əsərlərini, o cümlədən "9-cu simfoniya"nı yazmağa nail olub

Bethoven 

500

Yunan-İran müharibəsində yunanların qələbə qazanması sevincini 42 km qaçaraq xəbər verib, amma ürəyi tutub ölüb. O vaxtdan bu döyüşün adından bu idman növü yaranıb 

Marafon 

500

Əsl peşəsi həkim olsa da, Qarabağ müharibəsi başlayanda cəbhə bölməsinə yollanan, Xocalı soyqrımını çəkərək dünyaya çatdıran, öz ölümünü qeydə alan milli qəhrəmanımız kimdir? 

Çingiz Mustafayev 

500

Min illər boyu insanlar quşlar kimi uçmağı xəyal edirdilər. Lakin bu xəyalı ilk dəfə 1903-cü ildə mühərrikli bir cihazla gerçəkləşdirən Rayt qardaşları (Orvil və Vilbur) oldu. Onların bu ixtirası bəşəriyyətin ən böyük ixtiralarından biri sayılır. Söhbət hansı ixtiradan gedir?"

Təyyarə