A
B
C
D
E
1

Kulinariya mövzulu yumoristik məqalədə yazılır ki, İtaliya birtərəfli qaydada elan etmişdi ki, pizzaya BUNU əlavə etmək müharibəyə başlamaq üçün səbəbdir. BUNU tapın.

Ananas

1

Bir filmin dizayneri spesifik setin qurulması prosesindən danışarkən beynəlxalq səviyyədə çəhrayı çatışmazlığı yaşandığını qeyd etmişdir. Söhbət hansı filmdən gedir?

Barbie

1

Bir əsərin cinayətkar qəhrəmanı özünə "Fraytaq" ləqəbini götürmüşdü. Bəs o, cinayətlərini həftənin hansı günü törədirdi?

Cümə

1

Yapon teatrlarında şər ruhlar tamaşanı pozmasın deyə səhnəyə bunu səpirlər.

Duz

1

Fransız yazıçısı Gi De Mopassan dostlarına yazdığı məktubda bunu "Eybəcər, şəhərin görünüşünü pozan" adlandırmışdır. Bunu iki sözlə yazın.

Eyfel qülləsi

2

1999-cu ildə Fransada gələcəkdə işlədilməsi planan kalkulyatorlar hazırlanmışdı. Adi düymələrdən başqa, onların üzərinə iki yeni düymə əlavə olunmuşdu. Onlardan biri frank işarəsi idi. Digərini tapın.

Avro

2

Sumqayıt əfsanəsində qeyd olunur ki, Sum iri qaya parçalarını qaldırarkən torpaq ağırlığa davam gətirməmişdir. Nəticədə qəhrəman torpağa batmış və ondan geriyə sadəcə açılmış əli qalmışdı. Bu əfsanənin nəyin yaranması haqqında olduğunu mürəkkəb sözlə deyin.

Beşbarmaq

2

Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən maraqlı bir hadisə baş vermişdi. Dünya şöhrətli Çarli Çaplin qonaqların Azərbaycandan olduqlarını öyrənəndə piano arxasına keçərək uşaq mahnısı kimi tanınsa da, melodiyası bütün dünyada sevilən və bir quş növünə işarə edən bir əsəri ifa etmiş, sonra isə heyrətlə demişdi:
“Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Söhbət hansı mahnıdan gedir?

Cücələrim

2

Bəzi məşhur yarım qalmış tikililərin vizual olaraq tamamlanması üçün ONLARdan istifadə edilmişdi. ONLARdan çatdırılma məqsədilə istifadə edən bəzi şirkətlər məhsullarının qabına kiçik paraşüt də əlavə edirlər. 

Dronlar

2

TrumpolineWorks2020

Bir zarafata görə onun X hesabının şifrəsi budur.

Elon Musk

3

“Family Feud” verilişində aparıcı Steve Harvey iştirakçılara “ALFA, ALFA söylə mənə dünyada ən yaxşı basketbolçu kimdir?” sualını verir. Eyni adlı məqalə qısqanclıq və eqoizmdən bəhs edir. ALFA-nı tapın

Ayna

3

Bu şəhərin adı rus dilindən tərcümədə “ağ şəhər” mənasına gəlir. 1915-ci ildən bəri paytaxt statusu daşıyır. Tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən bu şəhər, həm də Balkan yarımadasının ən böyük mədəniyyət və iqtisadi mərkəzlərindən biridir.

Belqrad

3

1866- cı ildə nəşr olunan bu kitabın üz qapağında həbsxana barmaqlıqları formasında təsvir olunan başını tutan qəhrəmanın əzab çəkməsi təsvir olunub.

Cinayət və cəza

3

2007-ci ildən hər il mart ayının 21-də bununla mübarizəyə dəstəyi bildirmək üçün ayağa uyğun gəlməyən corablar geyinilir. Bunun əsas səbəbi isə corabların xromosomu xatırlatmasıdır.

Daun sendromu

3

1892-ci ildə Şeffild Venzdinin qapıçısı yağışlı bir gündə 10 qol buraxmışdı. Sonradan məlum olmuşdu ki, qapıçı oyunun əvvəlindəcə BUNU itirmişdi. Bir karikaturada qulağını itirən Van Gogh BUNDAN doğru-düzgün istifadə edə bilmir. BUNU bir sözlə yazın.

Eynək

4

1937-ci ildə keçirilən bir müzakirədə Azərbaycanın iki strateji sərvəti əsas meyar kimi götürüldü. Nəticədə bu iki sərvətə simvolik dəyər verilərək, ölkənin tanınmış futbol klubunun forma rəngləri müəyyənləşdirildi. Bəs həmin klubun forması hansı iki rəngi daşıyır?

Ağ və qara

4

Elementar zərrəciklərdən biri ətraf mühitdən asılı olaraq kütləsini və rəngini dəyişə bilir. Onlara hansı ad verilir?

Buqələmun

4

Kainatın erkən dövrlərində yarandığı ehtimal edilən “Kosmos Redşift 7” qalaktikasının adı 2015-ci ildə bu futbolçunun şərəfinə dəyişdirildi. Söhbətin kimdən getdiyini tapın.

Christiano Ronaldo

4

Bir səyyah onu "siçan" tərəfindən hazırlanmış ən böyük tələ adlandırır. Ona Paris, Honq- Konq, Kaliforniya kimi böyük şəhərlərdə rast gəlmək olar.

Disneyland

4

Danimarkalı immiqrant Christian Kent Iowa ştatında öz şirniyyat dükanını açmışdı. O, 1920-ci ildə adını soyuq ərazilərdə yaşayan xalqdan alan nəyin satışına başlamışdı?

Eskimo dondurmaları

5

1879-cu ildə anadan olmuş bu məşhur alim nəzəriyyələri ilə elm tarixində inqilab edib. Onun xarici görünüşü- dağınıq saçları və mimikası bu gün də tez-tez başqa insanlarla müqayisə olunur. Hətta kimsə onunla fiziki oxşarlığını rəsmi şəkildə sübut etmək istəsə, bunun üçün Qüds Yəhudi Universitetinə müraciət edib patent almalıdır. Söhbət hansı tarixi şəxsiyyətdən gedir?

Albert Enşteyn

5

Amerikada yerləşən bu şəhərin sakinləri 900 litr həcmindəki çaydanı azadlıq mübarizəsinin rəmzi kimi şəhərin simvolu hesab edirdilər. Bu şəhəri tapın.

Boston

5

Dulles Hava Limanının damı dalğavarı şəkildə dizayn edilib. Bu səbəbdən həmin tikili bir sənədli filmdə ALFAYA bənzədilir. Bir əsərin bir üz qapağında isə gedənin arxasınca havada yırğalanan ağ ALFANI görmək olar. ALFANI iki sözlə yazın.

Cib dəsmalı

5

Bu terminlə mübahisələrdə yoxlanılmamış faktları işlədən, həqiqətəndən gizlənən insanları təsvir edirlər. Bu terminin yaranması hansı canlının adı ilə bağlıdır?

Dəvəquşu

5

Qəhvə İsveçə ilk dəfə gətirilərkən, isveçlilər onu zəhərli hesab edib istifadə etmirdilər. Bu şübhəni kral III Qustav aradan qaldırdı. Belə ki, kral bir məhbusa gündə 3 fincan qəhvə içməsini əmr etdi. Siz isə həmin məhbus barəsində daha öncə olan məhkəmə qərarını deyin.

Edam