1
2
3
4
5
100

Şekspirin əsərinin müasir adaptasiyası olan 1995-ci ildə çəkilmiş filmdə personaj BUNU döyüş zamanı maşın yerindən tərpənə bilməyəndə istəyir. “Dərviş Parisi partladır” filminin əvvəllərində BUNLARLA maraqlanmayan Müsyo Jordan filmin sonunda BUNU istəyir. BUNU qısa sözlə deyin.

AT

100

Bu, janr kimi əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş, 19-cu əsrdə isə zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır.

Qarabağ şikəstəsi

100

Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan bu sənəd 1994-cü ildə imzalanmışdı.

Bişkek protokolu

100

Bunlara həsr olunmuş məqalədə Mirzə Adıgözəl bəyin, Mirzə Camal bəy Cavanşirin, Əhməd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin adına rat gəlmək olar.



Qarabağnamələr

100

O, Qazaxda tanınmış alim və pedaqoq Şəfi əfəndinin yanında oxumuş, sonraki təhsilini Gəncə və ya Təbrizdə aldığı güman edilir. Təhsilini başa vurduqdan sonra Qazaxda, sonra isə Qarabağda məsciddə dərs demiş və xalq arasında bir alim kimi məşhurlaşmışdır. Siz isə bundan sonra yaranan ifadəni deyin.



Hər oxuyan Molla Pənah Olmaz

200

44 günlük müharibədə adını eşitdiyimiz bu toponimlə bağlı məqalədən belə qənaətə gəlmək olar ki ,"rud" çay , toponim isə iki çayın arası mənasına gəlir

 Hadrut

200

Xalq artisti Əlibala Məmmədov ona ünvanlanan təklifə razı olduqdan sonra bunu demişdi: “O adam qanı və canı ilə bizə qulluq edib.” Bunun nəticəsində nəyin adının dəyişdiyini biri xüsusi isim olan 2 sözlə yazın.

Xudayar Təsnifi

200

Bu ordenlə təltif olunan ilk şəxs 2020-ci ilin dekabrında Zakir Həsənov olmuşdur.

Zəfər ordeni

200

29 may 2021-ci ildən etibarən Oqtay Zülfüqarovun bəstələdiyi “Şənlən, mənim xalqım” musiqisi mütəmadi olaraq həmin metroda səslənir. ORANI dəqiqliklə cavab kartınıza yazın.

“8 Noyabr” metrostansiyası

200

Qarabağda yaşayan bir mollanın bir çobanın itinə dua yazması xəbərini eşidən xan onu sarayına çağırtdırıb cəzalandırmaq istəyir.Lakin molla öz ağıllı cavabları ilə cəzadan xilas olur.Sən demə, həmin molla XƏBƏRDAR imiş. Eşitdiyiniz mətndə əvəz olunan bir sözü yazın.

Vaqif

300

X-dən danışılan bir məqalədə Rəsul Həmzətov, səma, əsgərlər, ölüm, qatar sözləri xatırlanır. X haqqında olan başqa məqalədə isə Vaqif, Zakir, Vidadinin adı çəkilir. X-i bir sözlə yazın.

Durnalar

300

XVIII əsrin ortalarında qazanılmış qələbəni qeyd etmək bəhanəsi ilə həyata keçirilən bunun nəticəsində Fətəli xan Əfşar öldürülmüş, Qarabağ və Qaradağ xanlıqları Kərim xan Zənddən asılı hala düşmüşdülər.

Şiraz qonaqlığı

300

Qarabağ xanlığının inzibati mərkəzi olan, XVIII əsrdə inşa edilən bu abidə Ağdamda yerləşir

Şahbulaq qalası

300

Sarıyerdə doğulmuş bu şəxs 2021-ci ildə “Qarabağ” ordeni ilə təltif olunmuşdu. Onun bütün saitləri eyni olan soyadını tapın.

(Selçuk) Bayraktar

300

Günümüzdə əksər insanların əcdadlarına qılınc gücünə qəbul etdirdikləri dildə danışdığını yazan bir müəllif nümunə kimi Misirdəki üsyanları İKS-lə əzən Ərəb imperiyasının adını çəkir. 2021-ci ildə Ağoğlanda qoyulmuş İKS adlı abidənin üzərində əsgər təsviri və pilotsuz uçuş aparatları da təsvir olunub. İKS-i birinci növ təyini söz birləşməsi ilə tapın.

 Dəmir yumruq

400

Bu qəsəbənin ərazisində Tərtər və Torağay çayları qovuşur.



Suqovuşan

400

Film I Qarabağ Müharibəsi zamanı çəkilmiş, çəkilişlərdən qısa müddət sonra Ceyhun Mirzəyev ürək tutmasından vəfat etmişdi.

Fəryad

400

ONUN oğlu Təbriz, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvarına qədər Qarabağda döyüşmüş və sonda şəhid olmuşdur.



 Xəlil Rza Ulutürk

400

 Dağlıq Qarabağda, Quruçayın sol sahilində yerləşən bu kəndin adı haqqında yazılır ki, burada qədimdə tədarük yeri, anbar var idi. Bəzi versiyalarda isə sadəcə ayı xatırlanır.

Azıx 


400

Bu həm Qarabağ münaqişəsinə həsr edilmiş ilk əsər,həm də adı ərəbcədən "yayda ifa etmək" mənasına gələn musiqi alətinin adıdır.

Kamança

500

Azərbaycanda kompakt halda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan, oğuz türkləri olub müasir azərbaycanlılara aid edilən bu etnoqrafik qrupun ümumi sayı 800 min-1 milyon arası müəyyən edilmişdir.



Tərəkəmələr

500

Qarabağ müharibəsində iştirak edən rus əsilli Yuri Kovalyov,İqor Makeyev,Yevgeni Karlov,Sergey Seryogin,Mixail Slesaryov,ukrayn Ruslan Polovinko,belorus Anatoli Davidoviç,məshəti türkü İsgəndər Aznaurov.Siyahıda adı çəkilməyən yəhudi əsillini isə siz deyin?

Albert Aqarunov

500

Xan Şuşunski ilə gənc yaşlarından dost olan şair, bir gün yol ilə gedərkən onunla rastlaşaraq deyir : “Xan, səni də tarixə yazdım” – Xan şairi başa düşmür. Siz isə Səməd Vurğunun bundan sonra oxuduğu misralardan heç olmasa ikisini deyin.

Kölüm keçir Qarabağdan, 

Gah bu dağdan, gah o dağdan, 

Axşamüstü qoy uzaqdan, 

HAVALANSIN XANIN SƏSİ, 

QARABAĞIN ŞİKƏSTƏSİ

500

Üzeyir Hacıbəyovun da adının xatırlandığı bir məqalədə Ağdam ilə Göytəpə arasında yerləşən bir çökək ərazidən danışılır və deyilir ki, vaxtilə tərəkəmələr burada müxtəlif şənliklər keçirərlərmiş. Həmin ərazinin adını cavab kartınıza yazın. Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" filmində işlətdiyi bu rəqs də hamımıza tanışdır. Müxtəlif şənlik keçirən tərəkəmələr isə bu şənlikləri rəqssiz ötüşdürmürdülər.





Uzundərə

500

Mirvarid Dilbazi bir şeirində BUNU çox axtardığını, nəhayət Gülablı yaylağında tapdığını yazır. Milli Xalça Muzeyində saxlanılan "Bağçadagüllər" kompozisiyasına aid bir xalçanın mərkəzində BU təsvir olunub. BU ilə əvəz etdiyimiz sözü cavab kartlarınıza yazın.

 Xarıbülbül