Azərbaycan Xalq Cümhuriyyəti
Tibbi mövzu
Həyat bilgisi
"..ada.."
Bir hərfi dəyiş
100

Azərbaycan Xalq Cümhuriyyətini rəsmən tanımış ilk ölkə

Osmanlı 

100

Əli İnsanov, Oqtay Şirəliyev, Teymur Musayev.
Eşitdiyiniz şəxsləri mövzuya uyğun adlandırın.

Azərbaycanın Səhiyyə Nazirləri

100

BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı işğalçı kimi tanıdan qətnaməni seçin:

811, 822, 833

822

100

Həm şərt bağlayıcısı, həm də xanımlara müraciətdə istifadə olunan fransız sözü

madam

100

1) Paytaxtı İzirtu şəhəri olan qədim dövlət


2) Buğdanın üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qida 

Manna, mannı

200

1918-ci ilin bu tarixində ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraq AXC-nin rəsmi attributuna çevrildi.

9 noyabr

200

Hansı tibb aləti almancadan tərcümədə "sıçratmaq, çiləmək" mənasını verir.

Şprits

200

Azərbaycan Respublikasında dövlət hakimiyyətinə aiddir: qanunvericilik, icra hakimiyyəti və _____
Buraxılmış sözü tapın.

Məhkəmə

200

Uzaqdan rahat görünsün deyə bunlarda adətən qırmızı dairələrdən istifadə olunur. Bunları iki sözlə deyin.

Qadağa nişanları

200

1) "Bostanda var bir arvad, Paltar geyib qatbaqat" tapmacasının cavabı

2) Faizlə verilən borc 

kələm, sələm

300

Azərbaycan Xalq Cümhuriyyəti təhsilin keyfiyyətini artırması üçün bu universitetin yaradılması haqda qanun hazırlamışdı. Beləliklə, bu Azərbaycanda yaradılan ilk universitet idi.

Bakı Dövlət Universiteti

300

Eyni saitlə başlayıb bitən sözlə deyin. Siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, ətriyyat və tüstü hansı xəstəlikdən əziyyət çəkənlər üçün təhlükəlidir?

Astma

300

BMT-nin yaranmasına səbəb olan beynəlxalq konflikt

II Dünya Müharibəsi
300

2007-ci ilə aid bu Türkiyə filmində əsas mövzu mafiyadır. Filmin adını bir sözlə tapın.

Kabadayı
300

1) Axillesin ən zəif yeri

2)  Donuzlar fəsiləsindən cütdırnaqlı məməli heyvan 

daban, qaban

400

Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş iki şəhər

Gəncə, Bakı

400

Qədimdə bəzi şəxslər əvvəlcədən yağış haqqında məlumat verdikləri üçün müqəddəsləşdirildilər. Daha sonralar məlum oldu ki, həmin şəxslər əslində bundan əziyyət çəkirmişlər.

Revmatizma

400

Yanğın, partlayış, digər təbii və texnogen fövqəladə hallar  baş verdikdə və ya yaranma təhlükəsi olduqda;köməksiz vəziyyətdə qaldıqda;ağır yol-nəqliyyat hadisəsi baş verdikdə yığmalı olduğumuz FHN-in qaynar xəttin nömrəsi

112

400

Bu söz ingiliscə "radio detection and ranging" yəni "məsafəni müəyyən edən və radioaşkarlayıcı" sözlərinin birləşməsindən əmələ gəlib.   

Radar

400
1) "Qardaş ölkə"nin paytaxtı


2) Baykal gölündən başlayan yeganə çay

Ankara, Anqara

500

Azərbaycan Xalq Cümhuriyyətində Nazirlər Şurasının sədri və ilk daxili işlər naziri o olub.

Fətəli xan Xoyski

500

ABŞ-da yerləşən bir çox xəstəxanaların diş həkimləri uşaqlar onlardan qorxmasın deyə buna "gülüş smayliki" çəkirlər. Bunu saitləri eyni bir sözlə deyin.

Maska

500

İslam mədəniyyətinin ən məşhur tikililərindən olan Əlhambra sarayı İspaniyanın bu şəhərində yerləşir.

Qranada

500

Azərbaycan dilinin lüğətinə əsasən "bəla, dərd, müsibət, fəlakət" mənası verən söz. 

Qada

500

1) Ərəb Xilafətinin 3-cü xəlifəsi

2) İranda inzibati ərazi vahidi

Osman, ostan

M
e
n
u