XIII əsrdə Azərbaycanda mədəniyyətin inkişafına mənfi təsir göstərən hadisə nə oldu?
Monqol yürüşləri
Şərq və Azərbaycan musiqisinin inkişaf etdirilib yüksək zirvəyə qaldırılması onun adı ilə bağlıdır. O, musiqinin səslər sistemi nəzəriyyəsinin əsasını qoydu, özünün yaratdığı not yazısı ilə səs düzümünü müəyyənləşdirdi
A)İzzəddin Həsənoğlu B)Səfiəddin Urməvi
C)İmadəddin Nəsimi D)Qazi Bürhanəddin
B)Səfiəddin Urməvi
Əmir Teymur yenidən Azərbaycana gələn zaman o, Şirvanşah I İbrahimin vasitəçiliyi ilə Teymurun hüzuruna getdi və qiymətli hədiyyələr apardı. bununla da daxili müstəqilliyini qoruyub saxlaya bildi. Söhbət kimdən gedir?
Şəki hakimi Seyid Əhməd
1382 - ci ildə Şirvanşahlar dövlətində hakimiyyətə gəlmişdir:
Dərbəndilər sülaləsi
1338-1357 - ci illərdə Azərbaycanı Elxanilərin adından idarə etmiş sülalə:
İqta torpaqları hansı torpaq mülkiyyət formaları hesabına verilirdi?
Divan, incu, bayrat
Monqol yürüşləri zaman 3 dəfər xərac verərək dağıntıdan xilas olmuş şəhər:
Təbriz
Fəzlullah Nəimi hansı əsərində hürufiliyin nəzəri əsasını şərh etmişdir
"Cavidannamə”
Azərbaycanca-ərəbcə lüğət tərtib etmiş, Azərbaycan dilinin qrammatikasına dair əsər yazmışdı:
A)H.Naxçıvani B)Ə.Bakuvi C) Əl-Biruni
D)Ə.Əndəlusi E)F.Rəşiddədin
D)Ə.Əndəlusi
Xarəzmşah Cəlaləddinin yürüşü zamanı xərac verməklə ölkəni dağıntıdan xilas etmiş Şirvanşah hökmdarı:
III Fəribürz
I İbrahim nə zaman Əmir Teymurdan asılılığı qəbul etdi?
1386 - cı ildə
Terek döyüşü kimlər arasında baş vermişdir?
Teymuri - Qızıl Ordu
Vergi islahatına görə vergilərin toplanması həvalə edildi:
Mərkəzi divana
1239 - cil ildə monqollar tərəfindən işğal edilmiş şəhər:
1259 - cu ildə baş vermiş hadisə:
Marağa rəsədxanasının tikilməsi
Coğrafiya sahəsində görkəmli alimlərdən biri deyil:
A)Zəkəriyyə Qəzvini B) Mahmud Şəbüstəri
C)Əbdürrəşid Bakuvi D)Həmdullah Qəzvini
B) Mahmud Şəbüstəri
1385 - ci ildə Azərbaycana yürüş etmiş və hiylə ilə Təbrizdə qırğınlar törətmiş hömdar:
Toxtamış
Təbrizdə nə zaman Teymuri zülmünə qarşı üsyan baş verdi?
1406-cı ildə
Elxanilər dövlətinin tənəzzülü zamanı Şəkidə hansı sülalə hakimiyyətə gəldi?
Oyrat sülaləsi
Hansı islahata görə alqı-satqı işlərində qayda-qanun yaradıldı:
Məhkəmə
Usta Bəndər üsyanının baş verdiyi şəhər:
Gəncə
Nəsirəddin Tusinin hansı əsəri ulduzların orbitlərinin hesablanmasına həsr edilib
"Zic-Elxani"
Ozamankı müsəlman aləminin ən möhtəşəm məbədi idi. Divarlarının qalınlığı 3 m olan bu abidə təbrizlilər üçün dar günlərdə etibarlı sığınacaq rolu oynadığından "Ərk qalası" adını almışdı. Söhbət hansı abidədən gedir:
Əlişah məscidi
Şirvanı tutmaqla, hakimiyyətini bütün Azərbaycana yaymış Cəlairi hökmdarı:
Şeyx Üveys
Cəlairilər nə zaman Təbrizi tutdular?
1359-cu ildə
Hülakülər dövləti yarandığı vaxtdan Azərbaycan torpaqlarına iddia edib yürüşlər edən dövlət:
Qızıl Ordu
Rabitə dayanacaqları necə adlanırdı?
yam
Monqolların birinci yürüşü zamanı işğal edilməmiş şəhərlər:
Təbriz
Gəncə
Dərbənd
XIII əsrdə yaşamış bu şair Azərbaycan dilində zəmanəmizə qədər çatmış ilk şeirin müəllifi sayılır:
İzzəddin Həsənoğlu
XIII əsrin sonunda Azərbaycanda məscid və mədrəsələrin bərpasına, yeni maarif ocaqlarının yaradılmasına səbəb oldu:
Qazan xanın islam dinini qəbul etməsi
Canı bəy
Əlincə qalası nə zaman ələ keçirildi:
Şirvanşah I İbrahim hakimiyyətə gəldiyi zaman onun dövləti üçün təhlükə yaradan dövlətlər:
Teymuri və Qızıl Ordu dövlətləri
Qazan xanın hansı islahatı iki il ərzində həyata keçirilmişdir?
Rabitə
Yaqut əl-Həməvi yazmışdı ki, monqollar şəhərdəki bütün kişi əhalini qılıncdan keçirdilər. söhbət hansı şəhərdən gedir:
Ərdəbil
Təbrizin Rəbi-Rəşidi məhəlləsindəki ali mədrəsə kim tərəfindən yaradılmışdı?
Fəzlullah Rəşidəddin
"Cəmi-ət-təvarix” əsərinin müəllifi:
Fəzlullah Rəşidəddin
Qazan xandan sonra hakimiyyətə gəlmişdir:
Məhəmməd Olcaytu
Elxanilər dövlətinin varlığına nə zaman son qoyuldu?
1357-ci ildə
Elxanilər dövlətinin paytaxtı olmuş şəhərlər:
Marağa, Təbriz, Sultaniyyə
Hansı islahat yarımçıq qaldı, axıra qədər keçirilmədi?
Məhkəmə
"Qılınca sarılmaq lazımdır. Bizə qılıncdan başqa qurtuluş yoxdur, səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır". sözlərini monqolların gəlişi zamanı hansı şəhər əhalisi demişdir?
Şamaxı
N.Tusinin "Təhriri-Öqlidis" əsəri nəyə həsr olunub?
həndəsəyə
Qazan xanın əmri ilə salınmış şəhər:
Mahmudabad
Azərbaycanda kəndlilərin bir yerdən başqa yerə köçməsini qadağan etmişdir:
Qazan xan
Elxanilər dövləti nə zaman meydana gəldi?
1258 - ci ildə
Teymurun ölümündən sonra I İbrahim ilk olaraq hansı ərazilərdə möhkəmləndi?
Gəncə və Qarabağ
Hansı islahat yerli feodalları, eləcə də əhalini öz tərəfinə çəkmək üçün keçirilmişdir?
Dini
Hansı şəhərin əhalisi I İbrahimdən yardım istəmişdi?
Təbriz