2022-ci ilin 15 sentyabrında Zəngilanda yerləşən burda ilk dərs günü baş tutdu. Növbəti illərdə "ağıllı idarəetmə sistemi" təhsil sahəsinə də aid ediləcək.
Ağalı kəndi
1890-cı illərdə Sidney və Melburn arasında paytaxt olmaq üçün uzun keçən hüquqi davalardan sonra hansı şəhərin əsası qoyulmuşdu?
Kanberra
Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında danışılan məqalədə Mikulinin motorları, Yakovlevin təyyarələri və bu Azərbaycanlı xatırlanır.
Yusif Məmmədəliyev
Gelatonun əsas inqredientləri sırasına qarışdırılaraq soyudulmuş süd, şəkər, dad əlavəedicilər və yağ daxildir. Siz isə "gelato" sözünün bizim dildə olan analoqunu tapın.
Dondurma
Qırmızı kitab
2022-ci il iyulun 28-dən Emin Əmrullayevin tutduğu vəzifənin adı
Elm və Təhsil Naziri
Asiyada yerləşən hansı ölkənin idarəçiləri "Səri Beqavan" titulu daşıyır?
Bruney Sultanlığı (Bəndər Səri Beqavan)
"Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. Cahandar ağanı feodal dünyası yaratmışdır. Onun timsalında orta əsr cəngavərliyi, qüruru, mənliyi, kişiliyi, eyni zamanda ziddiyyətləri əksini tapmışdır." Sitatın müəllifini tapın.
İsmayıl Şıxlı
1889-cu ildə Bakıda ilk dəfə istifadəyə verilmiş bu "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus idi.
Konka
Bunların keyfiyyətini yoxlamaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının əməkdaşları bunu ilk öncə təxminən 3400 N qüvvəsi ilə presləyir və bir müddət 1000 C temperaturda saxlayır.
Qara qutu
2022-ci ilin iyul ayında bu beynəlxalq təşkilat Azərbaycana 300 ədəd meymunçiçəyi əleyhinə test və vaksinlər vermişdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
Keçmiş Yuqoslav kral ailəsinin malikanəsi olan "Beliy Dvor", yəni "Ağ saray" adlı malikanə hansı paytaxt şəhərdə yerləşir?
Belqrad
"Mərhəmətli, möhtərəm anayadır bu kağız!..
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!”
Gördüyünüz misraların kimə aid olduğunu tapın.
Süleyman Rüstəm ("Ana və poçtalyon" şeiri)
Saitləri eyni bir sözlə tapın. Hansı şəhərin bayrağında ağcaqayın yarpağı görmək olar?
Toronto
Səs üzrə mühəndis olan Pavel Taqer 1935-ci ildə Azərbaycanda çəkilmiş hansı filmin heyətinə cəlb olunmuşdu?
Mavi dənizin sahilində
2022-ci ilin may ayında baş tutan nəyin əsas təşkilatçıları "Türkiyə Texnologiya Komandası", Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi olmuşdu?
Texnofest - 2022
Antonio Xose 19-cu əsrdə Boliviyanın azadlığı uğrunda döyüşmüş general olub. Antonio Xosenin samitlə başlayan soyadını deyin.
Sukre
Məleykə xanım 20 noyabrda alınmış müsahibədə bildirib ki, həyat yoldaşı 90-cı illərdə evə əsgər paltarında gəlirdi, papağını çıxarırdı və əsgərlər kimi salam verirdi. Məleykə xanımın kimin həyat yoldaşı olduğunu tapın.
Məhəmməd Əsədov
Adı yunancadan tərcümədə "şiş" və "öyrənirəm" sözlərinin birləşməsindən yaranan tibb sahəsi
Onkologiya
Bozat
2022-ci ilin yayında keçirilən "II Yaylaq Festivalı" bu kurortda baş tutmuşdu. Burada yerləşən ilk malikanə Hacı Mirqasım adlı şəxsə aid olub.
Hacıkənd
Afrikada yerləşən hansı paytaxt şəhərinin adını qısaltmaq üçün onu bəzən "Tana" olaraq çağırırlar?
Antananarivu
1939-cu ildə anadan olan bu şəxsin elmi əsərləri sırasına "Azərbaycan: qısa dövlətçilik tarixi", "Azərbaycan tarixi: Erkən intibah dövrü" və "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr" daxildir.
Yaqub Mahmudov
Rusiyanın sərhədindəki çay. Çayın şimal hissəsində yerləşən vadidə, deyilənə görə, Çingiz xan anadan olub.
Onon
Hesablamalara əsasən, dəri xərçənginin əsas mənbəyi budur. Bu, Günəşdən yerə çatan enerjinin 10 %-ni özündə cəmləşdirir.
Ultra-bənövşəyi şüa(lar)