1860-cı ildə Britaniya Elmi İnkişafı qurumunun insanın mənşəyi haqqında yeni kitaba həsr olunmuş müzakirəsi keçirildi. Görüşün kulminasiya nöqtəsi Oksford rahibinin natiqə istehzalı sualı olmuşdur: "Mən bilmək istərdim ki, babam, yoxsa nənəm...?
Cümləni tamamlayın.
meymun nəslindəndir.
1666-cı ildə baş verən Böyük London yanğını şəhərdə minlərlə evi məhv etmişdi. Yanğından sonra insanlar öz əmlaklarını qorumağın yollarını axtarmağa başladılar. Bu hadisə xüsusilə risklərdən qorunmaq və maddi zərərlərin ödənilməsi ilə bağlı yeni bir biznes sahəsinin yaranmasına güclü təkan verdi.
Bu hansı biznes idi?
Sığorta
Onu bəzən "Fransanın şirinlik simvolu" adlandırırdılar. Versiyalardan birinə görə o, türklər üzərində qələbədən sonra vyanalı aşpazlar tərəfindən yaradılmışdır. Onu tapın.
Kruassan
Amerikanda yerləşən bu şəhərin sakinləri 900 litr həcmindəki çaydanı şəhərin simvolu hesab edirdilər. Bu şəhəri tapın.
Boston
Laurance Oliver William Shakespeare əsərlərinin məşhur ifaçılarındandır. Londonda onun abidəsi hansı obraz şəklindədir?
Hamlet
Bir səyyah onu "siçan" tərəfindən hazırlanmış ən böyük tələ adlandırır. Ona Paris, Honq- Konq, Kaliforniya kimi böyük şəhərlərdə rast gəlmək olar.
Disneyland
XVIII əsrin sonlarında Madam de Ponta məxsus bu canlı "Yaşasın kral" dediyinə görə edam olunmuşdu. Bunu saitləri eyni olan sözlə ifadə edin.
Tutuquşu
Onun bir qramı 30 kiloqrama qədər acı sousa bərabərdir. Onu ispan mənşəli saitləri eyni olan sözlə ifadə edin.
Çili
Yapon teatrlarında şər ruhlar tamaşanı pozmasın deyə səhnəyə bunu səpirlər.
Duz
Bir serialda bacısı və sevgili mübahisə edərkən onların heç birini müdafiə etməyəcəyini bildiən qəhrəman özünü hansı dövlətə bənzədir?
İsveçrə
1999-cu ildə Fransada gələcək üçün işlədilməsi planan kalkulyatorlar hazırlanmışdı. Adi düymələrdən başqa, onların üzərinə iki yeni düymə əlavə olunmuşdu. Onlardan biri frank işarəsi idi. Digərini tapın.
Avro
Hansı hadisədən sonra Türkiyənin o zamankı baş naziri demişdir "Radioaktiv çay daha ləzzətlidir."?
Çernobil qəzası
TrampolineWorks2020
Bir zarafata görə onun Twitter hesabının şifrəsi budur.
Elon Musk
Bəzi tədqiqatçılar məşhur “daş”ın əslində gümüş-xlorid olduğunu iddia edirlər. Bu sehrli daş ölümsüzlük, qızıl yaratmaq kimi xüsusiyyətlərlə bağlı təsvir olunur və 1997-ci ildə çap edilmiş məşhur bir romanda da əsas süjet xəttini təşkil edir.
Söhbət hansı əsərdən gedir?
1878-ci ilə qədər cib dəsmalı futbol hakimlərinin əsas attributu idi. Həmin ildə edilmiş dəyişikliklə dəsmalı nə əvəz etməyə başladı?
Fit