Heydər Əliyevin prezident seçildikdən sonra rəsmi səfər etdiyi ilk Avropa ölkəsi:
Fransa
"..... Ədalət və mərhəməti ilə tanınmış əxlaq yolunda hər kəsdən üstün idi. Zalımları cəzalandırmış, məzlumların rifahına çalışmış, təsərrüfatın inkişafına fikir vermiş, əsgərlərinin maaş və ərzağını müntəzəm olaraq ödəmişdir. Onun üzüyünün qaşında yazılmışdı: "Ədalətlə iş görən hökmdar, zülm edən isə həlak olar".
Qara Yusif
Bu şəhərdə bir Avropa səyyahı ilə qarşılaşdım. O, mənə şəhər haqqında maraqlı məlumatlar verdi. Söylədi ki, oğuz tayfalarının ən hörmətli nümayəndəsinin qəbri buradadır. Şəhər mühüm hərbi əhəmiyyətə malikdir.
Dərbənd
İlk dəfə Azərbaycanı vahid dövlətdə birləşdirmiş hökmdar:
Yusif ibn Əbu Sac (Yusif Sacoğlu)
Bu memarlıq incisi 2014-cü ildə London Dizayn muzeyinin "İlin dizaynı" mükafatına layiq görülüb.Görünüşü, forması və bəyaz rəngi ilə hər kəsin qəlbini fəth edən bu bina müasir Bakının simvoluna çevrilib.
Heydər Əliyev Mərkəzi 
Azərbaycan Xalq Cümhuriyyətinin imzaladığı ilk müqavilə:
Batum
Tarixçilərin fikrinə görə, bu oyun eramızın birinci minilliyinin ortalarında yaranmışdır və bir neçə yüzilliklər ərzində Azərbaycan, İran, Türkiyə, Orta Asiya və digər qonşu ölkələrdə məşhur olmuşdur. Qədimdə bu oyunu Azərbaycan aristokratları və şah ailəsinin üzvləri oynayırdılar. Bu oyunda cəld və qısaboy, xüsusi təlim görmüş atlar iştirak etdiyindən, bu oyun Qarabağda çox məşhur idi.
Hətda türk hökmdarlardan biri də məhz bu oyun zamanı atdan yıxılaraq ölmüşdür:
Çovqan (Çövkən) oyunu

Ağılsız başın əziyyətini ....
ayaq çəkər
Heç hənanın yeridir?
O olmasın bu olsun
Film 1.
Görüş filmi
Musiqini qadağan etmiş Səfəvi hökmdarı:
Şah Sultan Hüseyn
Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi hansıdır?
“Heydər Əliyev” ordeni
"Bir dəfə ......... namaz qılan vaxtı qabağına imzasız bir şikayət məktubu atırlar. Məktubla tanış olan sultan Xacəni çağırıb belə deyib: "Əgər doğru söyləyirlərsə, əxlaqını düzəlt, iftiradırsa, onları bağışla və bu kimi şeylərə vaxt tapmamaları üçün mühüm işlərlə məşğul elə".
Alp Arslan
"Onsuz da, qılıncdan xilas ola bilməyəcəyik, elə isə yaxşısı budur, möhkəm dayanıb, heç olmasa, şərəflə ölək"
Şamaxı
Səfəvilər dövlətinin sonuncu hökmdarı:
III Abbas
Görkəmli türk şairi Nazim Hikmət bu memarlıq abidəsi haqqında belə demişdir:"Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı,təkcə bu abidəni dünyaya göstərmək bəs edərdi"
Şəki xan sarayı
Bu sazişlə Ağqoyunlu dövləti iki hissəyə parçalandı:
Əbhər
Bu oyun növü barədə məlumatlara XII əsr mütəfəkkirləri Xaqani Şirvani və Nizami Gəncəvi kimi şairlərin əsərlərində rast gəlmək mümkündür.
Azərbaycanlı şairə Məhsəti Gəncəvi ilk qadın.... hesab edilir.Yazıçı və filosof Mirzə Fətəli Axundov əsərində oyunun qaydalarından bəhs edir.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Vüqar Həşimov, Rauf Məmmədov və Eltac Səfərli bu sahədə böyük uğurlar qazanmışlar.
Şahmat
![]()
Dil yanılar....
doğrusunu deyər
Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib
Bəyin oğurlanması
Film 2.
Əhməd haradadır
İlk üsuli - cədid məktəbinin yaradıcısı:
Seyid Əzim Şirvani
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən......
Onun dilidir
«Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».
sözləri kimə aiddir?
Məhəmməd Əmin Rəsulzadə
Şəmsəddin Eldənizin dövründə çiçəklənən şəhərlərimizdən birinə çevrilmişdi. Səfəvi-Osmanlı mü-haribələri bu şəhərin də taleyindən yan keçmədi. Şəhər dəfələrlə dağıdıldı, əhalisi isə I Abbasın hakimiyyəti dövründə ölkənin içərlərinə köçürüldü.
Naxçıvan
Ən çox soyurqal paylamış Ağqoyunlu hökmdarı:
Rüstəm padşah
Şəkildə gördüyünüz bu memarlıq abidəsinin adı:

Möminə Xatun Türbəsi
İmzalansa da təsdiqlənməmiş müqavilə:
Peterburq
Ev sahibi yeni evin tikintisində evin hündür yerində özünün maddi vəziyyətindən aslı olaraq birdən-üçədək ...... bağlayırdı ki, tikinti qurtardıqdan sonra onları ustaya hədiyyə etsin.Keçmiş zamanlarda onu yalnız kişilər hazırlayırdı. Onun hər bir naxışı bəzəklə yanaşı, özündə müəyyən bir məlumatı daşıyır, onlardan sevgini etiraf etmək, üzr istəmək olar və digər məqsədlərlə məktub kimi istifadə etmək mümkündür. 2014-cü ilin noyabr ayında UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Kəlağayı

Doğru söz....
acı olar
Kolxozçu da deputat kimi danışır.
Əhməd haradadır?
Film 3
Onu bağışlamaq olarmı?
Üzeyir Hacıbəyov
Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad.......
Müəllimlikdir
"Mərd ilə namərdin fərqi uzaq məsafəli topxana döyüşündə deyil, üz-üzə dayanıb qılınc sıyıranda bilinir!"
Şah İsmayıl
Bu şəhər, Səlcuq canişinliyinin mərkəzi olmuşdu. Bizans, erməni və gürcü feodallarının hədəfində olmuş, o dövrdə islam dünyası ilə xristian dünyası arasında mühüm strateji qala idi. Lakin öncə dəhşətli zəlzələ, sonra isə monqolların şəhəri dağıtması inkişafına mənfi təsir göstərdi.
Gəncə
Həm Bizans həm də ərəblərlə diplomatik münasibətlər qurmağı bacarmış hökmdar:
Cavanşir
Şəkildə gördüyünüz memarlıq abidəsinin adı:

Atəşgah
Səfəvilərin imzaladığı ilk ən ağır şərtli müqavilə:
İstanbul
2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Bu yalnız kollektiv fəaliyyətə əsaslanan rəqs nümunəsidir
Yallı
![]()
Sözün doğrusunu ....
zarafatla deyərlər
Yenə intelligentlər yığılacaq. Kəllə dolu, cib boş.
Qaynana
Film 4.
Ögey ana
İldırımlı yollarla baletinin müəllifi:
Qara Qarayev
Heydər Əliyev Bakı şəhərinin II Dünya müharibəsində oynadığı əhəmiyyətli rolun etiraf edilməsinə nail olaraq şəhərin hansı ordenlə mükafatlanmasına nail oldu?
Lenin ordeni
Sən mənim yolumla getsəydin və öz sülalənin (xanədanın) varisi olsaydın, onda vərəsə-lik sənə keçə bilərdi, onda bir neçə gün qabaq sən, həqiqətən, mənim oğlum sayılırdın. ...Bəlkə də, mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar (malik) adını daşıyıram və mən harada olsam, yaxud mənim barəmdə harada nə danışsalar, - yenə də mən hökmdar olaraq qalıram....sən mənim oğlum deyilsən, çünki....
Babək
,,,,,,, şəhəri müharibələr nəticəsində dağıntılara məruz qalsa da, XVII əsrdə siyasi və iqtisadi mövqeyinə görə imperiyanın ikinci şəhəri hesab olunurdu. Şəhərin hakimləri bu əsrin sonlarına qədər Səfəvi ordusunun baş komandanı vəzifəsini də icra edirdilər.
Təbriz
Ağa Məhəmməd xan Qacarın yürüşü zamanı Xudafərin körpüsünü dağıtmış xan:
İbrahimxəlil xan
Bu qala müxtəlif dövrlərdə mühüm müdafiə istehkamı və dövlət xəzinəsinin saxlanıldığı yer olmuşdur."Kitabi-Dədə Qorqud" dastanında da möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olunub.
Əlincə qalası

E.ə.VIII əsrdə imzalanmış müqavilə:
Sirdakka
Kökləri qədimlərə gedib çıxan ..... sənəti sinkretikdir. Bu sənətdə incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeriyyət və musiqili improvizə. ..... mahiyyətinə görə kiçik səhnədir və bu səhnədə musiqi, musiqi aləti və müəllif- vəhdət təşkil edirlər.
Aşıq sənəti

Yalan ilə dünyanı gəzmək olar....
qayıtmaq olmaz.
Rəşid, gülümsə. Zərifə, qızları qucaqla.
Sehrli xalat
Film 5.
İlk milli Azərbaycan operası:
Leyli və Məcnun