Şuşa şəhəri Azərbaycanın hansı bölgəsində yerləşir?
Qarabağda
Ədəbiyyat sözünün mənası?
ədəb, mərifət, əxlaq, incəlik, elm, bilik
hansı halda 3baba, 2nənə, 6pişik, 7siçan, 4 nəvə bir çətirin altında islanmadan qala bilər?
yağış yağmadığı halda
adət üzrə nağıllar necə bitir
göydən üç alma düşdü
"Sehirli xalat" filmində Sehirli xalatla səyahət edən pionerin oğlanın adı nə idi?
Rəşid Mirzəyev
Şuşa hansı sənət növü ilə məşhurdur?
muğam sənəti
şifahi xalq ədəbiyyatının başqa adı?
folklor(xalq, müdriklik)
Nə qədər çox götürsən, bir o qədər böyüyər
Dərin çuxur (quyu)
Məlikməmmədin nağılında Məlikməmmədin kəndirini kim kəsib quyunun dibinə saldı
qardaşları
"Qaraca qız" filmində Qaraca qız, ata anası zəlzələdə öldükdən sonra kimin yanında qaldı?
Piri babanın
Şuşa hansı tarixdə azad edilib?
8 noyabr 2020
yazı yaranmamışdan əvvəl meydana gələn ədəbiyyat nümunəsi?
şifahi xalq ədəbiyyatı
qardaşım
Cırtdanın nağılında Cırtdanın Divi aldatması hansı atalar sözünə uyğun gəlir?
1.ağıl yaşda deyil,başdadır
2.artıq tamah baş yarar.
"Bir qalanın sirri" filmində Kamran baba Həkim babanın sandığa qoyduğu əşyaları oxuyub onun harada olduğu anladı. Bəs Həkim babanı kim aparmışdı?
Simnar xan
Qarabağın rəmzi olan çiçəyin adı nədir?
xarıbülbül
şair kimi tanınan Abbas Səhhət hansı peşənin sahibi idi?
həkimlik
Ata iki oğlu ilə birlikdə ova yollanır. Ovda onların qarşısına çay və onun içində qayıq çıxır. Qayıq ya atanı tək, ya da iki qardaşı birlikdə daşıya bilər. Ata və digər oğullar sahilə necə gedə bilər?
1. ikiqardaş qayıqla başqa tərəfə keçir
2. qardaşlardan biri qayıqla qayıdır
3. ata qayıqla o biri tərəfə keçir,ikinci qardaş qayıqla qayıdır
4. hər iki qardaş qayıqla atanın yanına keçir.
sehirli nağıllarda sehir hansı saatda pozulur?
gecə yarısı(saat 12-də)
Bu Azərbaycan filmində söhbət 3 qardaşdan gedir. Amma bu 3 qardaşı canlandıran obrazlardan birinin aktyoru oğlan yox qızdır. Bu hansı filmdir?
Asif, Vasif, Ağasif
Şuşada təşkil olunan mədəni tədbirin adı nədir?
muğam festivalı(Xarıbülbül festivalı)
Şərqdə ilk operanın müəllifi olan bu şəxs həmdə Azərbaycan himninə musiqi
bəstələyib bu şəxs kimdir?
Üzeyir Hacıbəyov
Bir otağı iki xadimə təmizləyərkən ordan 4 qaşıq tapdı. Otaq 6 xadimə təmizləsəydi neçə qaşıq tapardı?
4(otaqda sadəcə 4 qaşıq var)
Qoğalın nağılında qoğalı aldadıb yeyən?
Tülkü
"Ögey ana" filmində İsmayıl ögey bacısı Cəmilənin qorxması üçün gecə onun çarpayısının yanına hansı quşu qoymuşdu?
Yarasa